Türkiyədə acı gün: Daha iki şəhid xəbəri gəldi

© REUTERS / Osman OrsalTürkiyədə şəhidin dəfni, arxiv şəkli
Türkiyədə şəhidin dəfni, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Terrorçular hərbi maşını partladıblar

BAKI, 20 may — Sputnik. Türkiyədən yenə şəhid xəbəri gəlib.

Sputnik Azərbaycan Sözçü-yə istinadla xəbər verir ki, Ağrı ilinin Doğubəyazid ilçəsində terrorçuların əldəqayırma mına ilə hərbi maşını partlatması nəticəsində 1 əsgər şəhid olub, 1 əsgər yaralanıb. Yaralı əsgər xəstəxanada keçinib. Şəhidlərin Tokat və Muşdan olduqları bildirilir.

Türkiyə Silahlı Qüvvələrindən verilən açıqlamada şəhidlərə rəhmət dilənir, mübarizənin sonuncu terrorçu məhv edilənə qədər davam ediləcəyi bildirilir. 

Xəbər lenti
0