Türkiyə bayraqları, arxiv şəkli

Türkiyədə şok yarada biləcək anket sorğusu: Hakimiyyət dəyişir?

576
(Yenilənib 20:55 19.05.2018)
Sosioloji sorğu Ərdoğanın məğlub olacağından xəbər verir

BAKI, 19 may — Sputnik. Türkiyənin “SONAR Araşdırma” mərkəzi seçkilərə 37 gün qalmış sosial sorğunun nəticələrini dərc edib. Sputnik AzərbaycanSözçü”yə istinadla xəbər verir ki, bu nəticələrə görə, Türkiyədə tezliklə iqtidar dəyişikliyi baş verə bilər.

“SONAR Araşdırma”nın 26 ildə apardığı sorğunun nəticələrinə görə, Türkiyədə prezident seçkilərinin qalibi böyük ehtimalla ikinci turda müəyyən ediləcək. 

Raket atəşi, arxiv şəkli
© Sputnik / Иван Руднев
Bu nəticələrə görə, birinci turda hazırkı prezident Rəcəb Tayyıb Ərdoğan 42, Cümhuriyyət Xalq Partıyasının namizədi Məhərrəm İncə 21,91 faiz, İYİ Partiya başqanı Maral Akşener 21 faiz, HDP-nin keçmiş lideri Səlahəddin Dəmirtaş 11,01 faiz, Səadət Partiyasının başqanı Temel Karamollaoğlu 2,10 faiz, Vətən Partiyasının başqanı Doğu Perinçək 1,98 faiz səs toplayacaq. Sorğunun nəticələrinə görə, böyük ehtimalla prezident 8 iyulda keçiriləcək 2-ci turda seçiləcək. Sorğunun səhv payının 0.99-1,81 faiz arasında olduğu bildirilir.

Qeyd edək ki, İYİ Partiya başqanı Maral Akşener artıq bəyanatla çıxış edərək, ikinci tura özünün deyil, CHP namizədi Məhərrəm İncənin qalacağı təqdirdə, qeyri-şərtsiz İncəyə dəstək olacağını bildirib. İki liderin birgə səsi 43 faiz təşkil edir və bu, Ərdoğanın 42 faizini keçir. Bundan başqa, HDP də Dəmirtaşın ikinci tura keçə bilməyəcəyi təqdirdə İncənin namizədliyini dəstəkləyə biləcəklərini açıqlayıb.

Qeyd edək ki, “SONAR Araşdırma” 2014-cü il seçkiləri zamanı da sorğu keçirmiş və Ərdoğanın 53,3 faiz səslə qalib gələcəyini açıqlamışdı. O zaman Rəcəb Tayyib Ərdoğan 52 faizlə seçkiləri udmuşdu.

576
Teqlər:
Məhərrəm İncə, Meral Akşener, sorğu, seçkilər, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, müxalifət
Tərəvəz piştaxtası, arxiv şəkli

COVID-19 xəstələrini tez sağalda bilən qidalar

26
(Yenilənib 22:58 27.11.2020)
Alimlər COVID-19-dan sağalanlar üçün pəhriz tövsiyələri hazırlayıblar. Bu tövsiyyələr C, D vitaminləri və sink ilə zəngin qidaları qəbulunu ehtiva edir

BAKI, 27 noyabr — Sputnik. Britaniya alimləri COVID-19-un müalicəsini sürətləndirən məhsulları müəyyən ediblər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, qidaların immuniteti gücləndirməsini öyrənən araşdırmaçı Emma Derbşir və Con Delanj qida və qida əlavələrini təhlil ediblər. Araşdırmanın məqsədi COVID-19-dan sonra immuniteti bərpa edən və immuntetə yardım edən qidaları müəyyən etmək olub.

Müəlliflər tibbi qidalanmanın 65 yaşdan yuxarı insanların immunitet sisteminə təsirinə xüsusi diqqət yetiriblər.

İmmunitet sisteminin dörd komponenti var: T-limfositlər, B hüceyrələri, komplement sistemi və faqositlər. Belə ki, bu komponentlər daxil olan virus və bakteriyalara qarşı bir maneə rolunu oynayaraq vücudu infeksiyadan qoruyur.

İmmunitet anadangəlmə və adaptiv olur.

Ancaq hər iki immunitet funksiyası yaşla azalır. "İmmunitet yaşlanması"nın səbəblərindən biri də qida çatışmazlığıdır. Yaşlı insanlar bunu xüsusi immunitet qidası ilə doldurmalıdırlar. Bu, müəlliflərə görə, COVID-19 kimi ağır infeksiyalardan sonra reabilitasiya dövründə xüsusilə vacibdir.

"Zəif pəhriz, protein-enerji çatışmazlığı, vitaminlər və minerallar kimi mikroelement çatışmazlıqları suboptimal immunitet funksiyasına kömək etdiyinə dair kifayət qədər dəlil var. Bəzi pəhriz komponentləri - meyvələr, vitaminlər, antioksidantlar, minerallar və probiotiklər müqaviməti artırmağa kömək edir, tənəffüs viruslarına və xəstəliklərinə qarşı müqavimətdə əhəmiyyətli bir rol oynayır", - deyə tədqiqat müəllifləri yazırlar.

Alimlər COVID-19-dan sağalanlar üçün pəhriz tövsiyələri hazırlayıblar. Bu tövsiyyələr C, D vitaminləri və sink ilə zəngin qidaların qəbulunu ehtiva edir.

C vitamini, tənəffüs sistemi epitelisinin baryer funksiyasını gücləndirir, bu da patogenlərin inkişafını məhdudlaşdırır və alt tənəffüs yollarına enmələrinə maneə törədir.

Tədqiqatçıların fikrincə, bu, sətəlcəmin qarşısını alır. D vitamini güclü bir immunitet tənzimləyicisidir. Bəzi immun hüceyrələrin - B və T limfositlərin, makrofaqların və monositlərin səthində D vitamini reseptorları var, buna görə də bütün tənəffüs xəstəliklərində qoruyucu rol oynayır.

Müəlliflər C vitamini ilə zəngin brokkoli, qara qarağat, zənginləşdirilmiş səhər yeməyi və portağal; sink baxımından zəngin konservləşdirilmiş xərçəng, konservləşdirilmiş lobya və qaynadılmış yumurta və gündə 50 mikroqrama qədər D vitamini əlavələri qəbul etməyi məsləhət görürlər.

Tədqiqatın nəticələri göstərir ki, belə bir pəhriz saxlamaq reabilitasiya müddətini qısaldır və COVID-19-dan sağalmanı sürətləndirir.

26
Teqlər:
immunitet, vitamin, xəstəlik, xəstə, qida, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
İbrahim Tatlısəs, arxiv şəkli

Tatlısəsin qızı ona cərimə yazan polisləri təhqir etdi

12
(Yenilənib 22:46 27.11.2020)
Müğənniyə 3 min 150 lirə dəyərində pul cəzası təyin edilib. Bundan sonra Dilan polis əməkdaşlarına qarşı müqavimət göstərib

BAKI, 27 noyabr — Sputnik. İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtak Tatlısəs karantin qaydasını pozub.

Sputnik Azərbaycan xəbər verir ki, gənc ifaçı koronavirus səbəbi ilə ölkədə tətbiq edilən qaydalara əməl etməyib.

Bazar günü evdən çıxmağa icazə olmadığı halda, Dilan şəhərdə görüntülənib. Şişli ərazisində olan ifaçı polislər tərəfindən saxlanılıb.

Müğənniyə 3150 lirə dəyərində pul cəzası təyin edilib. Bundan sonra Dilan polis əməkdaşlarına qarşı müqavimət göstərib.

Sənətçi haqqında polisə müqavimət göstərdiyi, təhqir etdiyi və yoluxucu xəstəliklər üçün görülən tədbirlərə qarşı çıxdığı üçün istintaq başladılıb.

Qeyd edək ki, Tatlısəsin qızı aprel ayında koronavirusa yoluxmuşdu. O, bir müddət öncə də karantin qaydalarını pozduğuna görə cəzalandırılmışdı.

12
Teqlər:
İbrahim Tatlısəs, karantin, Türkiyə, Koronavirus, epidemiya, COVID-19
Uşaqlar, arxiv şəkli

Müharibədən əziyyət çəkmiş uşaqlara göstərilən sosial-psixoloji dəstək gücləndiriləcək

0
(Yenilənib 23:15 27.11.2020)
Sənəddə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb

BAKI, 27 noyabr — Sputnik. "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" yerli səviyyədə uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əksini tapıb.

Fəaliyyət Planında pandemiya və digər fövqəladə vəziyyətlər də nəzərə alınmaqla, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, xüsusi vəziyyətlərdə uşaqların bütün növ xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin olunması məsələləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb. Eyni zamanda, xarici ölkələrdə münaqişə qurbanı olmuş və daha sonra ölkəmizə qaytarılmış Azərbaycan Respublikası vətəndaşı olan uşaqların cəmiyyətə reinteqrasiyası istiqamətində də fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.

Çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi Fəaliyyət Planında xüsusi yer tutur.

0
Teqlər:
psixoloji yardım, sosial, reabilitasiya, əziyyət, müharibə, uşaqlar