Stadionu qana buladılar: Ölənlər və yaralananlar var

© REUTERS / ParwizƏfqanıstanda partlayış
Əfqanıstanda partlayış - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə zamanı 8 nəfər ölüb. 45 nəfər yaralanıb

BAKI, 19 may — Sputnik. Əfqanıstanda Nanqarhar vilayətinin mərkəzi Cəlalabad şəhərindəki stadionunda terror aktı törədilib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə zamanı 8 nəfər ölüb, 45 nəfər yaralanıb. Onlardan da bəzilərinin vəziyyəti ağırdır.

Nangarhar polisi deyib ki, stadionda 3 ayrı yerdə quraşdırılan bomba Ramazan Liqi oyunu zamanı partladılıb.

Hələlik heç bir təşkilat aksiyanın məsuliyyətini üzərinə götürməyib. Taliban hərəkatı hadisədən xəbərsiz olduğunu açıqlayıb. Güman edilir ki, terror aktını İŞİD həyata keçirib.

Xəbər lenti
0