Yariv Levin

Türkiyəyə getməyin Yəhudi nazirdən xəbərdarlıq

311
(Yenilənib 00:03 18.05.2018)
Yəhudi nazir qeyd edib ki, Türkiyə bu şəkildə davranmağa davam etdikcə ora getməyə əsas yoxdur

BAKI, 18 may — Sputnik. İsraillə Türkiyə arasında Qəzza zolağında baş verənlərdən sonra yaşanan gərginlik davam edir. Sputnik Türkiyə xəbər verir ki, bu dəfə İsrailin turizm naziri Yariv Levin ölkə vətəndaşlarını Türkiyəyə getməməyə çağırıb.

"Türkiyəyə getmələrini tövsiyə edirəm Bunu son yaşananlardan öncə də deyirdim", — deyə Levin qeyd edib

Yəhudi nazir qeyd edib ki, Türkiyə bu şəkildə davranmağa davam etdikcə ora getməyə əsas yoxdur.

Qeyd edək ki, İsrailin Ankaradakı səfiri Eitan Naeh mayın 15-də Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Sputnik Azərbaycan xəbər verir ki, mayın 14-də Qəzza zolağında baş verən hadisələrlə bağlı diplomata etiraz notası təqdim edilib.

Türkiyə XİN rəsmiləri, eyni zamanda səfirə Ankaranı tərk edərək İsrailə qayıtmağı və bir müddət ölkəsində qalmağı tövsiyə ediblər.

Xatırladaq ki, mayın 14-də Birləşmiş Ştatların Təl-Əvivdəki səfirliyi rəsmən Qüdsə köçürülüb. Mərasimdə ABŞ və İsraildən olan nümayəndələr iştirak ediblər.

Fələstində ABŞ-ın İsraildəki səfirliyini Qüds şəhərinə köçürməsinə etiraz olaraq keçirilən kütləvi aksiyalarda İsrail ordusu ilə baş verən toqquşmalar nəticəsində isə 59 nəfər ölüb, 2771 nəfər isə yaralanıb.

311
Əlaqədar
Ekspert: “İsrail-Fələstin münaqişəsini sakitləşdirmək çətin olacaq”
İsrail səfiri Türkiyəni tərk edib
İsrail səfirinə ölkədən getmək tövsiyə edildi