Əl-Qaidə silahlıları

Amerikaya qarşı cihad elan edildi

578
(Yenilənib 11:25 15.05.2018)
"Əl-Qaidə" liderinin bununla bağlı video-müraciəti yayılıb

BAKI, 15 may — Sputnik. 2011-ci ildə Usama bin Ladenin ölümündən sonra "Əl-Qaidə" terror təşkilatına rəhbərlik edən Eyman Zəvahiri bu dəfə səfirliyini Qüdsə keçirdiyi üçün ABŞ-a qarşı cihad elan edib. Sputnik Türkiyə xəbər verir ki, "Əl-Qaidə"yə bağlı olan sosial şəbəkələrdə Eyman Zəvahirinin 5 dəqiqəlik video-müraciəti yayımlanıb.

"Əl-Qaidə" lideri, eyni zamanda Fələstin rəhbərlərini Fələstini satmaqda günahlandırıb. Terror təşkilatının rəhbəri bir çox müsəlman və ərəb ölkələrini İsraillə iş birliyi qurmaqda ittiham edib.

"Onların çoxu açıq və ya gizli şəkildə Təl-Əviv və Qərbi Qüdsü İsrailin paytaxtı olaraq qəbul edir. Lakin Təl-Əviv də müsəlmanların torpağıdır, yəhudilərə verilə bilməz", — Zəvahiri bəyan edib.

Qeyd edək ki, ötən gün Birləşmiş Ştatların Təl-Əvivdəki səfirliyi rəsmən Qüdsə köçürülüb. Mərasimdə ABŞ və İsraildən olan nümayəndələr iştirak ediblər.

Fələstində ABŞ-ın İsraildəki səfirliyini Qüds şəhərinə köçürməsinə etiraz olaraq keçirilən kütləvi aksiyalarda İsrail ordusu ilə baş verən toqquşmalar nəticəsində isə 59 nəfər ölüb, 2771 nəfər isə yaralanıb.

578
Teqlər:
ABŞ, paytaxt, İsrail, Fələstin, Qüds, Usama bin Laden, 'Əl-Qaidə' terror təşkilatı, Eyman Zəvahiri
Əlaqədar
Qüds olayları ilə bağlı Türkiyə bu addımı atdı: Hökumət sözçüsü elan etdi...
Fələstində vəziyyət pisləşir: Bütün əhali ayağa qalxır
Fələstində ölənlərin sayı 32 nəfərə çatıb
Ekspert: “İsrail-Fələstin münaqişəsinin gərginləşəcəyi gözlənilən idi”
Cütlük, arxiv şəkli

Həyat yoldaşı onu cəzalandırıb, zurnasını 40 gün dağda çalacaq

2
(Yenilənib 22:26 24.09.2021)
Türkiyənin Aydın şəhərində təqaüdə çıxdıqdan sonra atasının zurna ifaçılığı peşəsi ilə maraqlanan Hüseyn Gülərə (67) həyat yoldaşı qəribə cəza verib.

BAKI, 25 sentyabr — Sputnik. Türkiyənin Aydın şəhərində təqaüdə çıxdıqdan sonra atasının zurna ifaçılığı peşəsi ilə maraqlanan Hüseyn Gülərə (67) həyat yoldaşı qəribə cəza verib.

Belə ki, Hüseynin evdə zurna çalması onun xanımı Nilüfər Güləri (61) özündən çıxarıb. Zurna səsindən bezən qadın ərinə 40 gün dağda zurna çalmaq cəzasını verib.

Nazilli rayonunun İşıqlar məhəlləsində yaşayan, evli və 3 uşaq atası olan Hüseyn Gülər 2004-cü ildə Dövlət Su İdarəsindən təqaüdə çıxıb. Bundan sonra işsiz qalaraq darıxan adam atasının və qardaşının peşəsi ilə maraqlanmağa başlayıb.

Evdə zurnanı uzun və yüksək səslə çaldığına görə 46 illik xanımı və qonşuları bu vəziyyətdən narahat olublar. Bu səbəbdən əri ilə tez-tez dalaşan Nilüfər Hüseynə evində zurna çalmağı qadağan edib.

Xanımı ona zurnanı 40 gün dağda çalmaq cəzası verərək "səni yalnız bu halda bağışlayacağam" deyib və evdən gedib.

Sentyabrın 2-dən etibarən gündüzləri yaşadığı məhəlləsinin yaxınlığındakı dağlıq ərazidə zurna çalan və gecələri evinə qayıdan Hüseyn Gülər 40 günün sonunda həyat yoldaşının onu bağışlayacağını gözləyir.

Cəzamın yarısı bitib

"Mən musiqiçilər ailəsindənəm. Atam və qardaşım zurna ifaçıları idi. Mən də zurna çalmağı çox sevirəm. Bəzən bu musiqi alətində ifa edəndə kövrəlirəm, hətta gözlərimdən yaş da gəlir. Təqaüdə çıxandan sonra evdə zurna çalmağa başladım. Arvadım zurnanı yüsək səslə çaldığım üçün narahat olurdu. Xəbərdarlıqlarına baxmayaraq evdə zurnanı çalmağa davam edirdim və ona görə də o, əsəbiləşirdi. "Get zurnanı dağlarda çal" deyərək mənə 40 günlük cəza verdi. Mən də polislərdən icazə alaraq, işimi bu yöndə görürəm. Cəzamın yarısı bitib. Görəsən 40 günün tamamında arvadım məni bağışlayacaq? Bilmirəm. Əgər məni bağışlasa, ona təşəkkür edəcəm, ancaq bağışlamasa zurnamı dağlarda çalmağa davam edəcəm", - deyə Hüseyn bildirib.

Ərinə əsəbləşən Nilüfər Gülər, Kuşadasında yaşayan qızının yanına gedib.

"Həyat yoldaşım bütün xəbərdarlıqlarıma baxmayaraq, evdə zurna çalmağa davam edirdi. Zurnanın səsindən mənim kimi qonşular da narahat olurdu. Ona görə də ərimə 40 günlük belə bir cəza verdim", - deyə Nilüfər bildirib.

2
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: Türkiyə-ABŞ münasibətləri pisləşib

963
(Yenilənib 16:09 24.09.2021)
Ərdoğan vurğulayıb ki, NATO-ya üzv iki ölkə kimi Türkiyə və ABŞ-ın tamamilə fərqli münasibətləri olmalıdır.

 

BAKI, 24 sentyabr — Sputnik. Birləşmiş Ştatlar Suriyada kürd qruplaşmalarına hərbi yardımı artırıb. Heç bir ABŞ prezidentinin dövründə vəziyyət hazırkı prezident Co Baydenin zamanındakı kimi pis olmayıb. Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"NATO-ya üzv iki ölkə kimi Türkiyə və ABŞ-ın tamamilə fərqli münasibətləri olmalıdır. Heç bir ABŞ liderinin dövründə vəziyyət belə pis olmayıb. Vaşinqton regionda terrorçuları daha çox dəstəkləyir", - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, ötən gün də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti vəzifəsinə başladıqdan sonra Cozef Baydenlə münasibətlərin elə də yaxşı olmadığını bəyan etmişdi: "İstəyirəm ki, iki NATO ölkəsi olaraq biz düşmən yox, dost olaq. Amma indiki vəziyyət o qədər də yaxşı deyil. Baş nazir və prezident kimi təxminən 19 illik fəaliyyətimə əsaslanaraq deyə bilərəm. Əfsuslar olsun ki, ABŞ-la münasibətlərdə yaxşı zaman deyil. Corc Buş, Barak Obama, Donald Trampla yaxşı işlədim, amma Cozef Bayden ilə yaxşı başladığımızı deyə bilmərəm".

Eləcə də oxuyun:

963
Teqlər:
Rəcəb Tayyip Ərdoğan, Cozef Bayden, ABŞ, Türkiyə, münasibət