Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğandan ABŞ-a sərt sözlər: "Bu hüququ itirmisiniz"

98
(Yenilənib 19:29 14.05.2018)
"Türkiyə Vaşinqtonun ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək barədə qərarını qəbul etmir, çünki bu beynəlxalq normalar və BMT qətnamələrinə ziddir"

BAKI, 14 may — Sputnik. ABŞ Yaxın Şərq regionundakı münaqişələrdə vasitəçi statusundan məhrum olub. Sputnik Azərbaycan xəbər verir ki, bunu Böyük Britaniyada səfər olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq münasibətlər üzrə Kral İnstitutunda (Chatham House) çıxışı zamanı bildirib.

"Yaxın Şərq probleminin həllinə yardım etmək əvəzinə ABŞ münaqişə tərəflərindən birinin tərəfində durmaqla və onun həllinə töhfə verməməklə özü bu problemin bir hissəsinə çevrilib. Bununla da Birləşmiş Ştatlar Yaxın Şərqdə münaqişələrdə vasitəçi statusundan məhrum olub. Bəşəriyyət İkinci Dünya müharibəsi ərəfəsində olan vəziyyətə bənzər gözləmə mövqeyindədir", — deyə Ərdoğan vurğulayıb.

O, qeyd edib ki, Türkiyə Vaşinqtonun ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək barədə qərarını qəbul etmir, çünki bu beynəlxalq normalar və BMT qətnamələrinə ziddir. Beynəlxalq birlik İsrailin aqresiyasının qarşısını almaq üçün tez bir zamanda tədbirlər görməlidir.

98