Ərdoğan məğlubiyyətdən danışdı: "Əgər qalib gəlməsək..."

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti: "Əgər qalib gəlməsək, onda qalib gələnlər sevincdən rəqs edəcəklər"

BAKI, 14 may — Sputnik. Böyük Britaniyada səfər olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BBC-nin "Hard Talk" verilişinə geniş müsahibə verib. Sputnik Azərbaycan xəbər verir ki, Türkiyə prezidenti ölkəsi və dünyada baş verənlər münasibət bildirib.

Президент Турции Реджеп Тайип Эрдоган дает интервью агентству Reuters в Президентском дворце в Анкаре - Sputnik Azərbaycan
Ərdoğan dünyanın gözlədiyi suallara cavab verdi: "Biz işimizi bitirdik"

Ərdoğan iyunun 24-də ölkədə keçirilən növbədənkənar prezident və parlament seçkilər ilə bağlı qeyd edib ki, Türkiyə bir hüquq dövlətidir və bu hüquq dövlətinin içərisində hər şey işləyir: "Seçkiləri 17 ay önə çəkməklə ana müxalifətin bizə meydan oxumasına "buyurun" dedik, onları meydana çağırdıq, gördüyümüz iş budur. Türkiyə konstitusiya dəyişikliyinə müxalifətlə birgə getdi və birlikdə bu demokratik qərarı verdik. İndi də 24 iyun növbədənkənar seçkilərə gedirik".

"Türkiyədəki seçkiləri ATƏT də izləyir, digər ölkələrə, beynəlxalq təşkilatlara da dəvətlər göndəririk və həmin müşahidəçilərin gözü önündə səsvermə keçirilir. Bu səslər verildiyi zaman kimin qazandığı bilinəcək. Biz yenidən qalib olarsaq, buna hörmət ediləcək. Qalib gəlməsək, kim qalib gələrsə, ona hörmət edərik. Bu qədər sadə".

AKP və özünün seçkilərdə qalib gəlməmək ehtimalı ilə bağlı suala Ərdoğan belə reaksiya verib: "Bu sualı niyə verdiniz? Əgər qalib gəlməsək, onda qalib gələnlər sevincdən rəqs edəcəklər. Rahat olun. Qərb də, siz də rahat olun. BBC lap rahat olsun".

"Təbii ki, qalib gəlmək üçün səy göstərəcəyik. Çünki bizim hədəfimiz Türkiyəni müasir mədəniyyətlər səviyyəsinin üstünə çıxarmaq və bunun üçün də Türkiyə iqtisadiyyatını dünyanın ən güclü 10 ölkəsi siyahısına çatdırmaqdır", — deyə Ərdoğan vurğulayıb.

Xəbər lenti
0