Türk ordusunun əsgərləri, arxiv şəkli

Türkiyə ordusunun yüzlərlə hərbçisi tutuldu - Qəfil əməliyyat

1446
(Yenilənib 11:58 11.05.2018)
Saxlanılan 300 hərbçidən 150-si haqqında məhkəmənin hökmü ilə həbs qərarı verilib

BAKI, 11 may — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərən FETÖ terror təşkilatına qarşı irimiqyaslı əməliyyat keçirilib. Sputnik Azərbaycan "Son Dakika"-ya istinadən xəbər verir ki, hərbçilərə qarşı əməliyyat bu gün Bakı vaxt ilə 05:00-da başlayıb.

Əməliyyat İstanbul Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qərarı əsasında keçirilib. Ümumilikdə 300 hərbçi saxlanılıb. Onlardan 211-i yüksək vəzifəli zabitdir. Saxlanılan 300 hərbçidən 150-si haqqında məhkəmənin hökmü ilə həbs qərarı verilib.

1446
Teqlər:
FETÖ, Türkiyə Silahlı Qüvvələri, əməliyyat, hərbçi
Əlaqədar
Türkiyə ordusundan son dəqiqə açıqlaması: PKK-ya ağır zərbə
Türkiyə ordusu Afrinin mərkəzinə daxil olub
Politoloq: “Türkiyə ordusu Afrin əməliyyatından geri çəkilən deyil”
Afrində Türkiyə ordusunun tankı vuruldu, beş hərbçi həlak oldu
Türkiyə ordusu Afrində 616 terrorçunu məhv edib
ABŞ Dövlət Departamentinin binası, arxiv şəkli

Rusiya səfirliyi ABŞ-ın "təbliğat" ilə bağlı məruzəsini şərh edib

1
(Yenilənib 18:14 06.08.2020)
Rusiya səfirliyi "ABŞ-ı tənqid etməyə cürət edən" Rusiya və xarici mediaya "ciddi araşdırma predmeti ola biləcəklərini" nəzərə almağı tövsiyə edib

BAKI, 6 avqust — Sputnik. ABŞ Dövlət Departamentinin "Rusiya təbliğatı" haqqında məruzəsi Moskvanın ABŞ-la əməkdaşlığın bərpası ilə bağlı təkliflərini "susdurmağa" yönəlib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyi bildirib.

Bir qədər əvvəl Dövlət Departamenti yanında Qlobal Əməkdaşlıq Mərkəzi "Rusiya Dezinformasiyasının Sütunları" adlı məruzə dərc edib. Məruzədə "Rusiya təbliğatı" anlayışı sistemləşdirilir. Bu anlayışa əsasən dövlət maliyyələşməsi olan Rusiya mediası aid edilib. Dezinformasiyaya misal olaraq Sputnik, RİA Novosti, RT, Birinci Kanal, "Rossiya 24" və digərlərinin xəbər başlıqları göstərilir.

Rusiya səfirliyi "ABŞ-ı tənqid etməyə cürət edən" Rusiya və xarici mediaya "ciddi araşdırma predmeti ola biləcəklərini", onların ABŞ sosial şəbəkələrində resurslarının səbəbi açıqlanmadan bağlana biləcəyini nəzərə almağı tövsiyə edib.

Səfirlikdən bildiriblər ki, Dövlət Departamenti "alternativ informasiya mənbələrinin mövcudluğunu qətiyyən bəyənmir". Diplomatik missiya qeyd edib ki, onların nüfuzdan salınması üçün "ciddi resurslardan istifadə olunur".

"Vaşinqtona zidd istənilən səs Kreml və Rusiya xüsusi xidmət orqanlarına xidmət edən "dezinformasiya" elan edilir", - rusiyalı diplomatlar "Facebook"da dərc edilmiş şərhdə qeyd ediblər.

Səfirlik məruzədə yazılmış cəfəng fikirləri açıqlayıb. Belə ki, ABŞ Dövlət Departamenti "rəsmi hökumət kommunikasiyaları" hissəsinə Rusiyanın Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskini və "Qovorit Moskva" özəl radiostansiyasını daxil edib.

"Əgər bu, amerikalı həmkarlarımızın bu qədər diqqətlə qurduqları bütün konstruksiyanın zirvəsidirsə, onda o, daha çox kartdan düzəlmiş evə oxşayır", - səfirlikdən bildiriblər.

ABŞ Dövlət Departamenti 2021-ci ildə "Rusiya tərəfindən dezinformasiyanın və təbliğatın qarşısının alınması" üçün 138 milyon dollar istəyib. Kreml və Rusiya Xarici İşlər Nazirliyi əvvəllər dəfələrlə Rusiyaya ünvanlanan dezinformasiya ittihamlarını təkzib ediblər.

ABŞ-da xarici yayım üzrə dövlət agentliyi mövcuddur ki, o da Rusiya Ədliyyə Nazirliyinin digər media ilə birlikdə xarici agentlər siyahısına daxil etdiyi "Amerikanın Səsi" və "Azadlıq/Azad Avropa" radiosunun ana strukturudur. 1994-cü ildən Yayım Məsələləri Üzrə İdarəetmə Şurası (BBG) adlanan təşkilat 2018-ci ildə ABŞ-ın Qlobal Media Agentliyi (USAGM) adlandırılıb. Onun çərçivəsində televiziya proqramları buraxılır, lakin demək olar ki, yalnız internet yayım üçün. Agentlik bütünlüklə ABŞ büdcəsindən maliyyələşdirilir. 2017-ci ildə onun xərcləri 748 milyon dollar təşkil edib.

1
Dövlət Departamenti

ABŞ-ın Belarusa dair planı var - Dövlət Departamentinə bağlı adamlar Minskdə edirlər?

23
Belarus Prezidenti qeyd edib ki, hakimiyyətə "onların adları, soyadları, ünvanları, parolları, gizli görüş yerləri" məlumdur.

BAKI, 6 avqust — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Respublikada seçkiqabağı kampaniya zamanı saxlanılanlar arasında "Amerika pasportu olan şəxslər, Dövlət Departamentində işləyənlərin həyat yoldaşları" var.

Belarus Prezidenti qeyd edib ki, hakimiyyətə "onların adları, soyadları, ünvanları, parolları, gizli görüş yerləri" məlumdur.

"Amerikalı, Dövlət Departamenti işçisi, demokratik partiyanın işçisi olmağının önəmi yoxdur. <...> Rusiyada seçkiqabağı kampaniyada iştirak ediblər, yaxşı pul qazanıblar. Hesab edirəm ki, amerikalılar onları indi qoruyacaqlar. Belə şey ola bilməz".

Onun sözlərinə görə, Belarusda belə adamlar az deyil və onların hamısı "puldan yaşıllaşıblar" – "Kim ödəyirsə, onun üçün də oxuyurlar".

Xatırladaq ki, bir neçə gün əvvəl paytaxt Minskdəki otellərdən birində Rusiya pasportlu 32 nəfər silahlı yaxalanmışdı.

23
Peşə təmayüllü məkan, arxiv şəkli

Bu şəxslər təhsil almadan peşə təhsili sənədi alacaqlar

0
Qeyri-formal təhsil isə müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır

BAKI, 6 avqust — Sputnik. Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi, eləcə də tanınması üçün kimlərin müraciət edə biləcəyi açıqlanıb.

Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi orta təhsili səviyyəsini ən az 4 il əvvəl və ya tam orta təhsil səviyyəsini ən az 2 il əvvəl bitirərək, müraciət etdiyi müvafiq ixtisas üzrə azı 2 il qeyri-formal və informal təhsil formaları vasitəsilə bilik, bacarıq, səriştə və təcrübə əldə edən vətəndaşlar qiymətləndirilmə və tanınma üçün müraciət edə bilərlər.

Prosesin yekununda verilən diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş "Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası"na uyğun olaraq, sahibinə peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və ya ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.

Peşə təhsili üzrə qeyri-formal və informal formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət olunmalıdır.

Qeyd edək ki, formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil, yenidənhazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsili dövlət təhsil sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir.

İnformal təhsil dedikdə özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması başa düşülür. Qeyri-formal təhsil isə müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır.

0