Nikol Paşinyan

Vaşinqtonun yeni Ermənistan rəhbərliyinə münasibəti bəlli oldu

1569
(Yenilənib 12:43 09.05.2018)
ABŞ Ermənistanın baş naziri Nikol Paşinyanla əməkdaşlığa hazırdır

BAKI, 9 may — Sputnik. Rəsmi Vaşinqton Ermənistanın baş naziri Nikol Paşinyanla birgə işləməyə hazırdır. Sputnik Ermənistan xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert (Heather Nauert) bildirib.

"Birləşmiş Ştatlar Ermənistanın baş naziri seçilməsi münasibəti ilə Nikol Paşinyanı təbrik edir. Biz ticarət, demokratiyaya dəstək, qanunun aliliyi, regional və qlobal təhlükəsizliyə dəstək də daxil olmaqla ölkələrimizin maraqlarının üst-üstə düşdüyü bir çox sahələrdə Ermənistan hökuməti və xalqı ilə sıx işləməyi düşünürük", — deyə Nauret qeyd edib.

Xatırladaq ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedyev baş nazir seçilməsi münasibəti ilə Nikol Paşinyana təbrik teleqramı göndərmişdilər.

1569
Teqlər:
Hizer Noyert, Nikol Paşinyan, Heather Nauert, Ermənistan, Vaşinqton, baş nazir
Əlaqədar
Ermənistan müdafiə naziri postundan getdi
Ermənistan ordusunda istefalar: Nazirin 2 müavini getdi
Peskov Ermənistandan danışdı...
Ermənistanın baş naziri seçildi