Aysel Məmmədova

Aysel "Eurovision-2018"in finalına keçə bilmədi - VİDEO

683
(Yenilənib 01:15 09.05.2018)
Azərbaycan "Eurovision" Mahnı Müsabiqəsində iştirak etdiyi illər ərzində ilk dəfə finala çıxa bilməyib

BAKI, 9 may — Sputnik. Azərbaycanı "Eurovision-2018" mahnı müsabiqəsində Aysel Məmmədova yarışın finalına vəsiqə qazana bilməyib.

Sputnik Azərbaycan xəbər verir ki, Aysel Portuqaliyanın Lissabon şəhərində keçirilən birinci yarımfinalda səhnəyə birinci çıxıb. O, "X my heart" mahnısını ifa edib. Mahnı yunan bəstəkar və prodüser Dimitros Kontopulos və isveçli xanım Sandra Byorman tərəfindən yazılıb.

Birinci yarımfinalda 19 ölkə finala keçmək uğrunda yarışıb. Finala Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya, İrlandiya vəsiqə qazanıb. Qeyd edək ki, Azərbaycan "Eurovision" Mahnı Müsabiqəsində iştirak etdiyi illər ərzində ilk dəfə finala çıxa bilməyib.

Finala birbaşa vəsiqə qazanan ölkələr  — müsabiqənin builki ev sahibi Portuqaliya və Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

İkinci yarımfinal mayın 9-da, final isə mayın 12-də olacaq.

683