Naim Süleymanoğlu, 2001-ci il

“Onun qızıyam” dedi, Süleymanoğlunun qəbrini açdırdı

193
(Yenilənib 22:32 08.05.2018)
Analizlər üçün idmançının toxumalarıdan nümunələr götürüləcək

BAKI, 8 may — Sputnik. Türkiyənin məşhur ağır atleti, üç qat olimpiya çempionu Naim Süleymanoğlunun məzarı açılacaq.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna özünü Naim Süleymanoğlunun qızı kimi təqdim edən yapon qadının iddiası səbəb olub. Yapon qızın həqiqətən onun qızı olmasını isə DNT analizləri təsdiq edə bilər.

Qeyd edilir ki, 1988-ci ildə Seul Olimpiadasında yaponiyalı jurnalist Kyoko Mori ilə eşq yaşayan ağır atletin qızı dünyaya gəlib. Sekai Mori adlı qız Süleymanoğlunun onun atası olduğunu iddia edir və təsdiq olunması üçün məhkəməyə müraciət edib. Buna görə də 4 iyun səhər saat 10:00 da Naim Süleymanoğlunun məzarı açılacaq və analizlər üçün toxumalarıdan nümunələr götürüləcək.

Naim Süleymanoğlu ötən ilin noyabrın 18-də insult nəticəsində dünyasını dəyişib.

193
Teqlər:
DNT, iddia, qəbir, qadın, Naim Süleymanoğlu
Laboratoriya işçisi, arxiv şəkli

Koronavirusla mübarizədə yeni üsul - şüa terapiyası

5
(Yenilənib 23:07 14.08.2020)
Rusiya alimlərinin fikrincə isə bu müalicə forması heyvanlar üzərində sınandıqdan sonra istifadə edilə bilər.

BAKI, 15 avqust — Sputnik. Alimlər koronavirusun müalicəsi üçün yeni üsul təklif ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, alimlər koronavirusu müalicə etmək üçün şüalanmadan istifadə etməyi təklif edirlər.

Məlumata görə, müalicə üsulunu eyni zamanda bir çox ölkələrin elmi kollektivləri təklif edib. Söhbət şüalanma terapiyasından gedir.

Məsələn, Kanadanın Xərçəng Mərkəzinin Tibbi Fizika şöbəsinin mütəxəssisləri müəyyən ediblər ki, aşağı dozalı rentgen şüaları pnevmoniyadan ölüm riskini 20 faiz azaldır.

Eyni zamanda bu terapiya üsulu sətəlcəmin ən kəskin dövründə ölüm hallarını iki dəfə azalda bilər.

Artıq bu metodika ABŞ-da sınaqdan keçirilib.

Araşdırmada iştirak edən 10 xəstə 12 gün əvəzinə 3 günə sağala bilib, bununla yanaşı, xəstəxanadan çıxma müddəti 20 gündən 12 günə düşüb.

Eyni zamanda, Amerika radioloqları bu müalicənin əks-təsirləri haqqında məqalə hazırlayıblar. Onların fikrincə, şüa terapiyası yalnız iltihabı azaldır, həm də koronavirusla mübarizə üçün lazım olan immun hüceyrələri öldürür.

Rusiya alimlərinin fikrincə isə bu müalicə forması heyvanlar üzərində sınandıqdan sonra istifadə edilə bilər.

"COVID-19 zamanı ağciyər toxumalarının bərpası pozulur. Radiasiya terapiyası bu prosesi yalnız ağırlaşdıra bilər. Ağciyərlərin fibrozlaşması yalnız şiddətlənər", - deyə professor Qalina Reva bildirib.

Onun sözlərinə görə, alimlər hələ də koronavirus infeksiyası barədə çox məlumatlı deyillər. Bu səbəbdən də insan bədənini sınaq meydanına çevirmək yolverilməzdir.

5
Teqlər:
müalicə, Koronavirus, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
ABŞ koronavirus istehsalına başlayıb – peyvənd olanlara vurulacaq
Koronavirusa yoluxanların sayı 21 milyona yaxınlaşır
Hindistan koronavirus əleyhinə dərmanın satışına başladı - 64 manata
Rusiya dünyada koronavirus əleyhinə peyvəndi qeydiyyatdan keçirən ilk ölkə oldu
ABŞ-ın baş infeksionisti Rusiyanın koronavirus peyvəndinə şübhə edib
Aktrisa Leoni Hemsvort oğlu Kris Hemsvortla birgə, arxiv şəkli

Aktyor Kris Hemsvortun altmış yaşlı anasının gəncliyi gözəlliyi hər kəsi şoka salıb

11
(Yenilənib 22:48 14.08.2020)
Fotomodel və aktrisa olan Elsa Pataki qaynanası Leoninin ciddi qidalanma rejimi sayəsində 30 il daha gənc göründüyünü bildirib

BAKI, 15 avqust — Sputnik. Aktyor Kris Hemsvortun "əbədi gənc" hesab olunan 60 yaşlı anasının gözəlliyinin sirri açılıb. Aktyorun həyat yoldaşı Elsa Patakinin (Elsa Pataky) qaynanası ilə bağlı fikirləri Britaniyanın Daily Mail tabloidində yer alıb.

Fotomodel və aktrisa olan Elsa Pataki qaynanası Leoninin ciddi qidalanma rejimi sayəsində 30 il daha gənc göründüyünü izah edib. "O, bizim bildiyimiz ciddi intervalla aclıq prinsiplərinə riayət etməyə başlayan ilk adam idi. Və Leoni möhtəşəm görünür. Onun 60 yaşı var, lakin ildən-ilə daha da gözəlləşir", - deyə Pataki bildirib.

Leoni bu rejimə həftədə bir gün yeməkdən başlayıb. Sonra o, hər gün 15-16 saat ərzində qidadan uzaq durmağa başlayıb.

Leoni Hemsvortun zahiri görünüşü aktyorun pərəstişkarlarını heyran edib. Kris may ayında Analar Günündə anası ilə çəkdirdiyi şəklini paylaşıb. Şəkli şərh edənlər Leoninin zahiri görünüşünə təriflər yağdırıblar. Hətta qeyd ediblər ki, Leoni sanki Krisin anası yox, bacısıdır.

Daha əvvəl media 56 il aktyor sənəti və ingilis dili üzrə müəllim işləmiş 81 yaşlı London sakininin gənc və gözəl görünüşünün sirrini açmağa çalışmışdı. Qadın bildirmişdi ki, aktiv həyat tərzi keçirir, gündəlik meditasiya edir və cavanlaşdırıcı kremlərdən istifadə edir.

11
Əlaqədar
Hollivud ulduzu Kemeron Diaz kinodan niyə getdiyini açıqlayıb
Canet Cekson azərbaycanlı müğənniyə təşəkkür edib: Mahnımı gözəl oxuyursan
Bədən tərbiyəsi müəllimi arıqlamağın sadə yolunu öyrədib
Dünya şöhrətli model: "Özümü faydasız hiss edirəm"
Türkiyəli məşhur aktrisadan nümunəvi addım
Bakı bulvarına mənzərə, arxiv şəkli

Sabah Bakıda hava dəyişkən buludlu küləkli olacaq

0
(Yenilənib 14:25 15.08.2020)
Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

BAKI, 15 avqust — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək, gündüz zəif şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-22, gündüz 27-29, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz zəif şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

16 avqustda Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 28-32, dağlarda gecə 9-13, gündüz 14-18 dərəcə isti olacaq.

0