Donald Tramp

Tramp dünyanı bəlaya sürükləyən qərarını açıqladı: Çəkilirəm

1103
(Yenilənib 20:11 08.05.2018)
Vaşinqton nüvə razılaşmasına qədər qüvvədə olan bütün sanksiyaları bərpa edəcək, eləcə də İrana qarşı yeni iqtisadi sanksiyalar tətbiq edəcək

BAKI, 8 may — Sputnik. ABŞ prezidenti Donald Tramp İranla bağlı qərarını açıqlayıb.

Sputnik Azərbaycan “The New York Times”ə istinadla xəbər verir ki, Tramp fransalı həmkarı Ennanuel Makrona zəng edərək, İranın nüvə proqramı ilə bağlı bütün razılaşmalardan geri çəkiləcəyini bildirib. Bu barədə qəzetə iki liderin arasındakı danışığın məzmunundan xəbərdar olan mənbə xəbər verib.

Vaşinqton nüvə razılaşmasına qədər qüvvədə olan bütün sanksiyaları bərpa edəcək, eləcə də İrana qarşı yeni iqtisadi sanksiyalar tətbiq edəcək. Trampın qərarını bu gün Bakı vaxtı ilə saat 22 radələrində rəsmən açıqlayacağı gözlənilir.

Tehran və altılıq ölkələri (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya) 2015-ci ili yayında nüvə razılaşması əldə ediblər. Bu razılaşmaya görə, İran sanksiyaların ləğv edilməsi müqabilində nüvə proqramından imtina edir.

1103
Teqlər:
Emmanuel Makron, qərar, nüvə, İran, ABŞ prezidenti Donald Tramp
Əlaqədar
Tramp nüvə müharibəsinə gətirəcək səbəbi deyib
Türkiyədə gizli mərkəz yaradılır: Nüvə hücumu belə, təsir etməyəcək
NASA buna da əl atdı: Kosmik nüvə gəmisi yaradılır
Səudiyyə vəliəhdindən İrana nüvə təhdidi
Politoloq ABŞ-ın nüvə sazişi ilə bağlı hədələrini şərh edir