Ermənistan Müdafiə Nazirliyinin binası

Ermənistan ordusunda istefalar: Nazirin 2 müavini getdi

103
(Yenilənib 18:22 08.05.2018)
Ermənistanın əsas hərbi inspektoru Mixail Artunyanın da istefa xəbəri yayılıb

BAKI, 8 may — Sputnik. Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryan tutduğu vəzifədən istefa verib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində yazıb.

“Mən müdafiə nazirinin birinci müavini postundan istefa vermək qərarına gəldim. Birincisi, mənim komandam müxalifətdə olacaq, ikincisi, hesab edirəm ki, Müdafiə Nazirliyinin yeni rəhbərliyi yeni baş nazir tərəfindən formalaşdırılmaldır", — deyə Zakaryan qeyd edib.

Artak Zakaryandan başqa, Ermənistan müdafiə nazirinin digər müavini Artak Davtyan da öz istəyi ilə istefaya göndərilib.

Bundan əlavə, Ermənistanın əsas hərbi inspektoru Mixail Artunyanın da istefa xəbəri yayılıb.

103
Teqlər:
müavin, müdafiə naziri, Ermənistan, istefa
Gəncədə vəziyyət

Məşhur türk müğənni konsertindən gələn gəliri gəncəlilərə bağışlayacaq

5
(Yenilənib 23:15 21.10.2020)
Ayhan Ulu (Pau) “Twitter” hesabında Gəncəylə bağlı paylaşımları ilə diqqət çəkib. O, erməniləri müdafiə edən eks-model Tuğba Özayla da dava edib

BAKI, 21 oktyabr — Sputnik. Ötən həftə Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə ermənilərin törətdiyi 3-cü terror hadisəsinin qurbanları  dünyanın bir çox ölkələrində anılıb. Bundan başqa, Türkiyənin məşhur sənət adamları da buna səssiz qalmayıblar. Sputnik Azərbaycan xəbər verir ki, sözügedən ölkənin ulduzu Ayhan Ulu (Pau)  da “Twitter” hesabında Gəncəylə bağlı paylaşımları ilə diqqət çəkib. O, erməniləri müdafiə edən eks-model Tuğba Özayla da dava edib.

Bundan başqa, İzmirin məşhur ifaçılarından olan Pau bir neçə konsertinin gəlirini Gəncə qətliamından zərər görən şəxslərə bağışlayacağını bildirib: "Gələn həftə konsertlərimdən götürəcəyim gəliri Gəncə xalqına bağışlayacağam. Həmişə yanınızdayam. Azərbaycana hər zaman dəstək verəcəyəm".

Qeyd edək ki, Türkiyənin dünya şöhrətli müğənnisi, meqastar Tarkan da Gəncədə baş verən terrora səssiz qalmayıb. O,  “Instagram” hesabında ermənilərin Gəncəyə xain hücumunu pisləyən paylaşım edib.

“Dualarım qardaş ölkə Azərbaycanladır. Xain hücumlarda həyatını itirənlərə allahdan rəhmət, ailə və yaxınlarına başsağlığı, yaralılara şəfa diləyirəm. Çox kədərliyəm. Qəlbim Azərbaycan xalqı ilədir”, - ulduz müğənni qeyd edib.

5
Teqlər:
dəstək, konsert, müğənni, məşhurlar, Türkiyə, ölənlər və yaralılar, erməni təxribatı, raket zərbələri, Gəncə
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Erməni terrorunun qurbanları dünyanın dörd bir yanında anıldı
Qəlbimiz Azərbaycanla döyünür - Türkiyə müxalifətinin lideri
Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edildi
Bir gecədə üç nəvəsini itirən Sənayət nənə: “Ləman bu il tələbə olacaqdı” – video
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
Gürcüstanda polis işçiləri, arxiv şəkli

İnsanları bankda girov saxlayan adam təslim oldu

16
Gürcüstan telekanallarının məlumatına görə, bir neçə girov pilləkən və damdan qaça bilib, yaşlı adamları və hamiləni isə cinayətkar özü azadlığa buraxıb

BAKI, 21 oktyabr - Sputnik. Gürcüstanın Zuqdidi şəhərində bankda 20-yə yaxın insanı girov götürən kişi polisə təslim olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb.

Bildirilir ki, xüsusi əməliyyat başa çatıb, hüquq-mühafizə işçiləri girovların hamısını azad ediblər, onları girovluqda saxlayan isə əlləri havada binadan çıxarılıb.

Qeyd edək ki, əlində qumbara və avtomat olan şəxs günorta saatlarında bank filialına daxil olaraq oradakı əməkdaşları və müştəriləri girov götürmüşdü. O, 500 min dollar, avtomobil və helikopter tələb etmişdi.

Girovlardan birinin sözlərinə görə, cinayətkarla birlikdə otaqda təxminən 19 nəfər olub.

Gürcüstan telekanallarının məlumatına görə, bir neçə girov pilləkən və damdan qaça bilib, yaşlı adamları və hamiləni isə cinayətkar özü azadlığa buraxıb.

16