Dünyanın səbrsizliklə gözlədiyi görüşün yeri bilindi

© REUTERS / KCNA via REUTERSŞimali Koreya lideri Kim Çen In, arxiv şəkli
Şimali Koreya lideri Kim Çen In, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hələlik rəsmi mənbələr bu məlumatı təsdiqləməyib

BAKI, 7 may — Sputnik. ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə iyunda Sinqapurda görüşəcək. Sputnik Azərbaycan "News.co.il"-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya KİV-i məlumat yayıb. Hələlik rəsmi mənbələr bu məlumatı təsdiqləməyib.

Şimali Koreya prezidenti Kim Çen İn - Sputnik Azərbaycan
Tarixi görüşün daha bir maraqlı məqamı - VİDEO

Ötən həftə Tramp bəyan edib ki, Kim Çen In ilə görüşün tarixi və yeri barədə yaxın günlərdə məlumat veriləcək.

Xatırladaq ki, aprelin 21-i Şimali Koreya lideri Kim Çen In ölkəsində nüvə və raket sınaqları aparılmasının dondurulduğunu, nüvə poliqonunda işlərin dayandırıldığını bəyan edib. Aprelin 27-də isə Koreya Respublikasının prezidenti Mun Ce In ilə Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In arasında tarixi görüş keçirilib.

Görüş iki ölkə arasında demilitarizasiya zonasında yerləşən Panmuncom qəsəbəsinin Cənubi Koreya hissəsindəki "Sülh" sarayında keçirilib. Bu, 1950-1953-cü illərdə Koreya müharibəsindən sonra Şimali Koreya liderinin cənub ərazisinə ilk səfəridir.

Xəbər lenti
0