Pakistanda terror

Pakistanda sui-qəsd: Daxili işlər naziri vuruldu

75
(Yenilənib 19:42 06.05.2018)
Güllə nazirin çiynindən dəyib və o, təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub

BAKI, 6 may — Sputnik. Pakistan daxili işlər naziri Axsan İkbal sui-qəsd nəticəsində yaralanıb. Sputnik Azərbaycan Geo TV-yə istinadla xəbər verir ki, nazir Pəncab ştatının Naroval şəhərində güllə yarası alıb.

Məlumata görə, insident mitinq zamanı baş verib. DİN rəhbəri xidməti maşınında oturan zaman 20-22 yaşlı gənc ona tapançadan atəş açıb.

Güllə nazirin çiynindən dəyib və o, təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Hazırda Axsan İkbalın vəziyyəti stabildir, onun həyatına təhlükə yoxdur.

Hücum edən şəxs həbs edilib. Adı açıqlanmayan gəncin motivləri barədə heç nə deyilmir.

75
Teqlər:
güllələnmə, əməliyyat, daxili işlər naziri, Pakistan