Hərbi kaska

Erməni hərbçisi səngərdə başından güllələndi

66
(Yenilənib 18:59 06.05.2018)
Mövqelərdən birində 1999-cu il təvəllüdlü Levon Torosyanın meyiti aşkar edilib

BAKI, 6 may — Sputnik. Ermənistanın şimal-şərqindəki hərbi mövqelərindən birində erməni hərbçisinin meyiti tapılıb.

Sputnik Ermənistan xəbər verir ki, mayın 6-da səhər saat 07:30-da mövqelərdən birində 1999-cu il təvəllüdlü Levon Torosyanın meyiti aşkar edilib. Həqiqi hərbi xidmətdə olan əsgər başından güllələnib.

Hazırda əsgərin hansı şəraitdə güllələndiyinin müəyyən edilməsi üçün istintaq aparılır.

66
Teqlər:
ölüm, güllələnmə, hərbçi, Ermənistan

Həftənin ən parlaq şəkilləri - qar vannası, can verən qalaktika, Kapitolidə pizza

3
Sputnik Azərbaycan dünya agentliklərinin müxbirlərinin çəkdikləri ən parlaq və emosional fotoları oxucularının diqqətinə çatdırır.

Ötən həftə müxtəlif hadisələrlə yadda qaldı. Əsas problemimiz - koronavirusdur, dünya iki milyondan artıq insanın ömrünə son qoyan mərəzlə mübarizəsini davam etdirir.

ABŞ Nümayəndələr Palatası ikinci dəfə tərəfdarlarını Kapitoliyə hücuma təhrik etdiyi iddia olunan Donald Trampın impiçmentinə səs verdi. Tramp iki dəfə impiçment elan olunan prezident kimi ABŞ tarixinə düşdü. 

İndoneziyada Boeing 737-500 sərnişin təyyarəsi qəzaya uğradı. Göyərtədəki 65 nəfərdən heç biri sağ qalmadı. Qəzanın səbəbləri isə hələ də araşdırılır.

İspaniya sakinləri əsl qışın xoş olmayan dadını yaşadılar. "Filomena" qasırğası qarsız qışa öyrəşmiş Pireney yarımadasını ağ rəngə bürüdü.

Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.

3
  • © AP Photo / Petros Karadjias

    Nikosiyanın mərkəzində mağaza sahibi maskalı, amma çılpaq maneken aparır, Kipr

  • © AFP 2020 / Karim Sahib

    Liva səhrasında adam, BƏƏ

  • © AFP 2020 / Gabriel Bouys

    Madriddə gənclər nəhəng qartopu düzəldirlər, İspaniya

  • Issei Kato

    Yokohamada kimonolu qızlar həddi-büluğa çatma mərasimində, Yaponiya

  • © AP Photo / Oded Balilty

    Yerusəlimdə etiraz iştirakçısı əlində nəhəng şpris tutub, İsrail

  • © REUTERS / Basri Marzuki/Antara Foto

    Paluda dağıdılmış abidənin yanında oynayan uşaqlar, İndoneziya

  • © AP Photo / Manuel Balce Ceneta

    Nümayəndələr Palatasının üzvü Viki Hartsler və parlament üzvü Maykl Valts Milli Qvardiyanın əsgərlərinə pizza paylayırlar

  • © REUTERS / Loren Elliott

    Qız okean üzərində ipdən sallanıb

  • © AP Photo / Alex Brandon

    Spiker Nensi Pelosi ABŞ Prezidenti Donald Trampa qarşı imzalanmış impiçment sənədini təqdim edir

  • © REUTERS / Yara Nardi

    Romada bir evin pəncərəsindəki pişiklərin şəklini çəkən adam, İtaliya

  • © REUTERS / Navesh Chitrakar

    Katmanduda qarşıdurmalarda xəsarət alan adama yardım göstərilir, Nepal

  • © REUTERS / Baz Ratner

    Kampalada qadın başında ananas aparır, Uqanda

  • © REUTERS / M. Kornmesser / European Southern Observatory

    ID2299 qalaktikasının bədii təsviri

  • © AFP 2020 / Wang Zhao

    Pekində kişi ilə uşaq donmuş gölün üzəriylə kirşədə gedirlər, Çin

  • © REUTERS / Kyodo

    Hokkaydonun tropik botanika bağında əntər meymunlar isti bulaqda çimirlər, Yaponiya

  • © REUTERS / Ajeng Dinar Ulfiana

    Qırmızı Xaçın əməkdaşı Sriwijaya Air şirkətinin Yava dənizində qəzaya uğramış təyyarəsinin turbinini dezinfeksiya edir

  • © AP Photo / Michael Probst

    Frankfurt yaxınlığındakı Kronberq şəhəri səhər günəşini qarşılayır, Almaniya

  • © REUTERS / Johan Nilsson / TT News Agency

    Güclü qar səbəbindən qəzaya uğrayan avtobusların yanında polislər, İsveç

  • © AFP 2020 / Patrick T. Fallon

    ABŞ-da etiraz edənlər və qaçışa çıxmış qız

  • © REUTERS / Ivan Alvarado

    Santiago a Mil Beynəlxalq Teatr Festivalında Fuego Rojo ifa edən La Patogallina və Ciclicus teatr truppalarının rəqqasları, Santyaqo, Çili

  • © AP Photo / Darko Vojinovic

    Belqradda avtobus sərnişinləri, Serbiya

  • © AFP 2020 / Douglas Magno

    Yağış mövsümündə çayda sörfinq, Braziliya

  • © AFP 2020 / Manan Vatsyayana

    Hanoyda Opera Teatrının yanında qız, Vyetnam

  • © AFP 2020 / Ed Jones

    Donmuş Xan çayı üzərində körpü, Seul, Cənubi Koreya

  • © Sputnik / Anton Podgaiko

    Pyatiqorskda isti kükürdlü su vannası qəbul edən qızlar, Rusiya

Fransada etirazlar

Yeni ildə köhnə adətə davam: fransızlar yenə mitinqə çıxıblar - VİDEO - FOTO

7
(Yenilənib 18:38 16.01.2021)
Sulu qar və koronavirus epidemiyası səbəbindən məhdudlaşmaların sərtləşdirilməsi etirazçılara küçələrə çıxmağa əngəl törətməyib

BAKI, 16 yanvar - Sputnik. Parisdə bu ilin ilk "Azadlıq marşı" keçirilir. Aksiya iştirakçılarının tələbi dəyişməzdir - onlar parlamentin nəzərdən keçirdiyi "Qlobal təhılükəsizlik haqda" qanuna qarşıdırlar. 

Sputnik Fransa xəbər verir ki, sulu qar və koronavirus epidemiyası səbəbindən məhdudlaşmaların sərtləşdirilməsi etirazçılara küçələrə çıxmağa əngəl törətməyib. 

​Etirazları "yeniləməyə" Milli Jurnalistlər Birliyi çağırıb. İnsanlar yerli vaxtla 14:00-da Bastiliya meydanına doğru hərəkət ediblər. Xeyli sayda polis təhlükəsizliyi qorumaq üçün cəlb edilib. 

Hələlik aksiyanın dinc keçdiyi bildirilir. 

​Ötən il noyabrın 24-də Milli Şura "Qlobal təhlükəsizlik haqda" qanun layihəsini birinci oxunuşda qəbul edib. Onun 24-cü maddəsi polisin, jandarmın vəzifələrini icra edən zaman "onların fiziki və ya psixi toxunulmazlığına açıq-aşkar xələl gətirmək məqsədilə" "üzünün şəklinin, yaxud digər identifikasiya elementinin" yayılmasına görə 45 min avro cərimə və həbs cəzasını nəzərdə tutur. 

​Bu maddə jurnalistlərin həmkarlar ittifaqının narazılığna səbəb olub, onlar hesab edirlər ki, bu, söz azadlığına ciddi ziyan vuracaq, vətəndaşlar və KİV isə manifestasiyalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının işini asudə işıqlandıra bilməyəcəklər. Milli Şura tənqid olunan maddəni yenidən yazmağa qərar versə də həmkarlar ittifaqları yenidən etirazlara səsləyiblər. Parlamentin yuxarı palatası isə qətnaməyə yanvarda baxacaq.

7