MMA döyüşləri, arxiv şəkli

Rinqdə dəhşətli olay VİDEO

1194
(Yenilənib 14:51 06.05.2018)
Həmyerlisi Brendon Royvalla döyüş zamanı Riveranın qolu dirsəyindən çıxıb

BAKI, 6 may — Sputnik. Amerikalı idmançı Jerom Rivera qarışıq döyüş üzrə “Legacy Fighting Alliance 39” turnirində dəhşətli zədə alıb. Sputnik Azərbaycan xəbər verir ki, video AXS TV-nin Twitter hesabında dərc edilib.

1194
Teqlər:
dirsək, zədə, video, rinq, idmançı
Skamyada yatan adam, arxiv şəkli

Kiminin əvvəli, kiminin axırı - Məşhur model küçələrdə yaşayır

4
(Yenilənib 10:26 16.01.2021)
Loni Uillison məşhur "Baywatch" serialının ulduz aktyoru Ceremi Ceksonla evli olub. Bu evlilik 2014-cü ildə sonlandıqdan sonra əvvəlki kimi ictimaiyyətdə görünməyən Uillison 2018-ci ildən bəri küçələrdə yaşayır

BAKI, 16 yanvar — Sputnik. Bir vaxtların məşhur modeli Loni Uillison hazırda küçədə yaşayır.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya ştatında yaşayan model ötən gün zibil qutularını qarışdırarkən jurnalistlərin obyektivlərinə tuş gəlib.

​Loni Uillison məşhur "Baywatch" serialının ulduz aktyoru Ceremi Ceksonla evli olub. Bu evlilik 2014-cü ildə sonlandıqdan sonra əvvəlki kimi ictimaiyyətdə görünməyən Uillison 2018-ci ildən bəri küçələrdə yaşayır.

 

4
Co Bayden, arxiv şəkli

Məşhur müğənnilər Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər

4
(Yenilənib 09:38 16.01.2021)
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq

BAKI, 16 yanvar — Sputnik. Dünyaca məşhur müğənnilər Cennifer Lopez və Ledi Qaqa ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər. Bu barədə Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir.

"Bu insanlar böyük xalqımızın bütün müxtəlifliyini təmsil edirlər", - deyə andiçmə komitəsinin nümayəndəsi Toni Allena bildirib.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq.

4
Bakı karantinin yumşaldılmasından sonra

Kafe-restoran həsrətliləri üçün son tarix

0
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilsə də müəyyən yumşalmalar var

BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərərgah kafe və restoranların yerində xidmət göstərəcəyi tarixi açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Qeyd edək ki, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib. Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar