Həsən Ruhani

İranda prezident-ayətullah qarşıdurması: Səbəb "Telegram" oldu

340
(Yenilənib 22:34 05.05.2018)
Tehran Baş Prokurorluğu "Telegram"ın bağlanmasını milli təhlükəsizliklə əlaqələndirib

BAKI, 5 may — Sputnik. İran prezidenti Həsən Ruhani ölkədə "Telegram" messencerinə girişin əngəllənməsi qərarının hökumət tərəfindən qəbul olunmadığını deyib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, İran prezidenti bununla bağlı hökumət tərəfindən qərar qəbul edilmədiyini söyləyib və bu qadağanı tənqid edib. Həsən Ruhani "Instagram" səhifəsində yazıb ki, İran məhkəməsinin qərarı ilə "Telegram"dan istifadə etmək qadağan olunub.

Hökumətin siyasətinin interneti nəzarət altına almaq deyil, etibarlı hala gətirmək olduğunu qeyd edən Ruhani indiyədək heç bir sosial şəbəkə və ya messencerin hökumət tərəfindən əngəllənmədiyini və bundan sonra da belə bir addım atmayacaqlarını bildirib.

Ruhaninin bəyanatın reaksiya verən ayətullah Mahmud Rəcəbi isə "Telegrama" girişin qadağan edilməsinin hüquq çərçivəsində olduğunu və dövlət başçısının bu qərara etiraz hüququnun olmadığını söyləyib.

Qeyd edək ki, Tehran Baş Prokurorluğu tərəfindən keçən həftə verilən açıqlamada milli təhlükəsizlik səbəbindən bu addımın atıldığı bildirilmişdi.

340
Teqlər:
ayətullah, Telegram, messencer, İran prezidenti Həsən Ruhani, qarşıdurma, qadağa
İsraildə epdimioloji vəziyyət

İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub

0
Ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.

BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.

“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.

Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.

Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.

0
Шторм в Черном море

Qara dənizdə batan gəminin dörd üzvü ölüb, axtarışlar dayandırılıb

7
Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın “Tesero Marine” şirkətidir.

BAKI, 17 yanvar - Sputnik. Qara dənizin Türkiyə sahillərində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan Palau bayrağı altında üzən “Arvin” quru yük gəmisinin batması nəticəsində dörd nəfər həlak olub və həyatını itirənlərin sayı arta bilər.

Bunu Türkiyənin Bartın vilayətinin valisi Sinan Güner bildirib. Onun sözlərinə görə, “Arvin” gəmisinin batmasına əlverişsiz hava şəraiti səbəb olub:

“Son məlumata görə, 4 nəfər ölüb, 6 heyət üzvü xilas edilib. Yüksək dalğalara görə dənizdə axtarış-xilasetmə işləri dayandırılıb, helikopterlərdən isifadə edilərək havadan axtarışlar davam edir”.

Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın Tesoro Marine LLC şirkətidir. Türkiyə Hərbi Dəniz Qüvvələri axtarış əməliyyatında iştirak etmək üçün freqat göndərmişdi.

Daha öncə gəminin Rusiya bayrağı altında üzdüyü bildirilirdi. Son məlumatlara görə, Palau bayrağı altında üzən gəminin 12 nəfərlik heyətinin 10 üzvü ukraynalı, ikisi isə rusdur. Gəminin sahibi Arvin Shipping LTD-dir (Beliz). Gəmi 1997-ci ildə Rusiyada qeydiyyatdan çıxarılıb.

7