ABŞ xüsusi təyinatlıları bu ölkəyə girdi

Abunə olmaq
ABŞ Yaxın Şərq əməliyyatlarında yeni bir qaranlıq cəbhə aça bilər

BAKI, 5 may — Sputnik. ABŞ xüsusi təyinatlıları Səudiyyə Ərəbistanın Yəmənlə sərhədinə yerləşib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, xüsusi təyinatlılar Səudiyyə Ərəbistanına dəstək vermək üçün sərhəddə yerləşiblər. Onlar Yəməndəki husilərə qarşı mübarizə aparacaqlar.

Husilərin bir ay əvvəl Səudiyyə Ərəbistanına ballistik raket atmasından sonra ABŞ hərbçiləri sərhəddə yerləşib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Salmanın ABŞ-dan Husilərə qarşı mübarizə aparmaq üçün dəstək istədiyi bildirilir. Şahzadə Husilərin raket atdıqları yerləri müəyyənləşdirib məhv etmək istədiyi deyilir. Bu isə ABŞ-ın Yaxın Şərq əməliyyatlarında yeni bir qaranlıq cəbhə aça bilər müzakirələrinə səbəb olur.

Xəbər lenti
0