Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dostunun narkotikinə görə başqa ölkədə ömürlük həbs edildi

© pixabay / vero_vig_050Həbsxana, arxiv şəkli
Həbsxana, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Onun ailəsi bu barədə iki həftə sonra xəbər tutub

BAKI, 5 may — Sputnik. Vyetnamda rus qadın narkotikə görə ömürlük aadlıqdan məhrum edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Vyetnam məhkəməsi tərəfindən Rusiya vətəndaşı Mariya Dapirku 2014-cü ildə ölkəyə narkotik gətirdiyi üçün azadlıqdan məhrum edib.

Rostov sakini 2014-cü ilin avqustunda hava limanında saxlanılıb. Onun çemodanına baxış zamanı 2,78 kiloqram narkotik aşkarlanıb. 28 yaşlı qız həbs edilərək Vyetnam həbsxanasına göndərilib. Onun ailəsi bu barədə iki həftə sonra xəbər tutub.

Qızın yaxınları bildirib ki, o həbs edilməmişdən öncəki 4 ili Tailandda yaşayıb və bələdçi işləyib. Dapirku özü isə çantadan nə olduğundan xəbərsiz olduğunu və bu çantanın nigeriyalı zənci dostu tərəfindən hədiyyə olunduğunu bildirib.

Vyetnam qanunlarına görə, 100 qramdan çox narkotikanın saxlanılması və əldə edilməsi ömürlük həbs cəzasına bərabərdir. 2016-cı ildə edilən dəyişikliyə qədər narkotiklərin əldə edilməsi və saxlanılmasına görə ən ağlr cəza edam olub.

Xəbər lenti
0