BAKI, 4 may — Sputnik. Bundan sonra Litvada Gürcüstan rəsmi olaraq Sakartvelo adlanacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu öz "Twitter" səhifəsində Litvanın xarici işlər naziri Linas Linkyaviçus (Linas Linkevičius) yazıb.
"Gürcütanın müstəqilliyinin 100 illiyi ərəfəsində rəsmi qərar qəbul edilib. Bundan sonra ölkə litva dilində Sakartvelo adlanacaq", — deyə Linkyaviçus yazıb.
Daha sonra nazir gürcü dilində yazıb: "Bu tarixi qərar münasibətilə təbrik edirəm! Var olsun Litva – Gürcüstan dostluğu! Gürcüstanın bu ölkədəki səfiri Xatuna Salukvadze bu faktın xüsusi önəmini vurğulayıb: "Tam məsuliyyəti ilə bu günü Gürcüstan və Litva dostluq günü adlandırmaq olar".
İndiyə qədər Litvanın rəsmi sənədlərində ölkə "Qruzija" kimi yazılırdı.
Qeyd edək ki, Litva "Gürcüstan" əvəzinə "Sakartvelo" sözündən istifadə edən ilk ölkədir.
BAKI, 5 mart — Sputnik. "Əl- Qaidə" beynəxlaq terror təşkilatının bir qolu olan "Əş-Şabab" qruplaşmalarının üzvləri Somalinin şimal-şərqində Bosaso şəhərində həbsxananı ələ keçirib. Bu barədə Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, terrorçular həbsxana ərazisinə daxil olduqdan sonra atışma baş verib. Nəticədə səkkiz nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Terrorçular həbsxananı ələ keçirdikdən sonra dörd yüz terrorçunu oradan çıxara biliblər. Azad edilən terrorçular arasında İŞİD-çilər də olub.
Hər il Cenevrə avtosalonunda "İlin avtomobili" müsabiqəsinin qalibləri seçilir. Lakin bu il avtosalon pandemiya səbəbindən ləğv edilib və səsvermə onlayn formatda keçirilib.
22 ölkədən 59 avtojurnalistin iştirak etdiyi səsvermədə şəhər hetçbeki Toyota Yaris ilin ən yaxşı avtomobili seçilib. Yeni nəsil Toyota Yaris 2019-cu ilin sonunda təqdim olunub, Avropada satışı isə 2020-ci ildə başlayıb. Yaponiya avtomobili satışına görə Peugeot 208 və Dacia Sander maşınlarını geridə qoyub.
Xatırladaq ki, ötən il Avropada ən yaxşı avtomobil adına Peugeot 208 layiq görülmüşdü.
Qalib avtomobili və ən yaxşıların reytinqinə düşən digər maşınları Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.
Cenevrə "2021-ci ilin avtomobili" müsabiqəsinin mükafatlandırma mərasimində Toyota Yaris avtomobili.
Cupra Formentor avtomobili.
Turində Fiat 500 Electric avtomobili.
Citroen e-C4 elektromobili Parisdə KİV üçün təqdimat zamanı.
Škoda Octavia avtomobili.
Namibiya səhrasında Land Rover Defender avtomobili.
Volkswagen avtomobil zavodunda işçi Volkswagen ID.3 elektromobilinə VW loqotipini quraşdırır.
Cenevrədə Palexpo sərgisində Toyota Yaris avtomobili.
BAKI, 5 mart — Sputnik. "Səudiyyə Ərəbistanı ilə "OPEC+" ölkələrinin bu ilin aprel ayında da hasilatın artırılmaması ilə bağlı ilkin anlaşma müzakirələri neftin dünya bazar qiymətinə təsirsiz ötüşmədi".
Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, artıq "Brent" markalı neftin bir barelinin qiyməti 67 dollardan baha satılır: "Pandemiyadan sonra ilk dəfə neftin qiyməti 70 dollarlıq psixoloji həddə yaxınlaşmaqdadır. Aydındır ki, hətta "OPEC+" ölkələri tərəfindən aprel ayından gündəlik neft hasilatı 1,4 milyon barrel artırsa da belə bazarda təklifi kəskin artırmayacaq. Bu isə həmin halda belə qiymət tarazlığının qorunub saxlanmasına imkan verəcək".
Deputat qeyd edib ki, gündəlik neft ixracı 688,8 min barel təşkil edən Azərbaycan üçün neftin dünya bazar qiymətinin yüksəlməsi ölkəyə daxil olan valyutanın həcminin artması baxımdan arzuolunandır: "2021-ci ilin dövlət büdcəsində bir barel neftin qiymətinin 40 dollar müəyyənləşdirildiyini nəzərə alsaq neftin illik orta qiyməti yüksək olarsa Dövlət Neft Fonduna daxilolmaları artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir. Öncə də qeyd etdiyimiz kimi, bütün bununla yanaşı, "OPEC+" anlaşmasına rəğmən neftin qiymətinin 2021-ci ildə necə dəyişməsi birbaşa pandemiyanın miqyasından asılı olacaq".