Yerevanda atışma: Yaralılar var - VİDEO

© Sputnik / StringerБанк HSBC на проспекте Комитаса (3 мая 2018). Еревaн
Банк HSBC на проспекте Комитаса (3 мая 2018). Еревaн - Sputnik Azərbaycan
Abunə olmaq
İlk atəş binanın, ikinci atəş isə giriş qapısının yanında açılıb

BAKI, 3 may — Sputnik. Ermənistanın paytaxtı Yerevanda HSBC bankının filialında atışma baş verib. Sputnik Ermənistan xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb.

Никол Пашинян на специальном заседании парламента по выборам нового премьер-министра Армении (1 мая 2018). Еревaн - Sputnik Azərbaycan
Paşinyan Azərbaycanla bağlı narahatlıq içindədir

"Atışma səsi eşidiləndə biz qonşu bankda idik. Səsə görə deyə bilərəm ki, ilk atəş binanın, ikinci atəş isə giriş qapısının yanında baş verib", — şahidlər bildiriblər.

Atışmanın, həmçinin bank qarəti zamanı baş verdiyi də bildirilir. Məlumata əsasən, cinayətkarlar hadisə yerini tərk edə biliblər. Ermənistan polisi hələlik faktı şərh etmir.

Bu arada, keçmiş baş nazir Serj Sarqsyan və ailəsinin Ermənistanı tərk etdiyi xəbərləri yayılıb. Lakin Ermənistan parlamentinin vitse-spikeri, ERP-in mətbuat katibi Eduard Şarmazanov xəbəri təkzib edib.

O bildirib ki, Ermənistan Respublika Partiyasının (ERP) sədri Serj Sarqsyan, onun uşaqları və nəvələri Ermənistanı tərk etməyə hazırlaşmırlar: "Sarqsyan heç bir yerə getməyib və Ermənistandadır. Onun ailəsi, uşaqları və nəvələri öz gələcəklərini yalnız Ermənistan Respublikasında görürlər".

"ERP rəhbərliyinin dəyişdirilməsi müzakirə olunubmu?" sualını isə Şarmazanov belə cavablandırıb: "Biz bu məsələləri partiyada müzakirə etməmişik. Lakin mən artıq mövqeyimi açıqlamışam. Sarqsyanın partiya rəhbəri olaraq qalması doğrudur".

Xəbər lenti
0