Çirkli hava

Çirkli hava hər il 7 milyon adam öldürür

28
(Yenilənib 04:12 03.05.2018)
Ümumilikdə isə hər 10 nəfərdən 9-u çox çirkli hava ilə nəfəs alır

BAKI, 3 may — Sputnik. Hər il bütün dünyada çirki havanın təsiri nəticəsində təxminən 7 milyon insan vəfat edir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında yerləşdirilən məlumatda bildirilir.

ÜST-ün məlumatında qeyd olunur ki,  insanların 21%-i pnevmoniyadan, 34%-i ürəyin işemik xəstəliyindən, 19%-i ağciyərin xroniki xəstəliklərindən, 7%-i isə ağciyər xəstəliyindən, 20%-i müxtəlif və ani tutmalardan ölür. Risk qrupuna uşaqlar, mətbəxdə vaxt keçirən qadınlar, həmçinin küçədə işləyən şəxslər daxil edilib.

Ümumilikdə isə hər 10 nəfərdən 9-u çox çirkli hava ilə nəfəs alır.

28
Teqlər:
çirkli hava, Ümumdünya Səhiyyə Təşkilatı, ölüm