Britaniyadan Türkiyəni qəzəbləndirəcək çağırış

© Sputnik / Алекс Макнотон / Mediabanka keçidФлаг Великобритании на фоне Вестминстерского дворца в Лондоне
Флаг Великобритании на фоне Вестминстерского дворца в Лондоне - Sputnik Azərbaycan
Abunə olmaq
Böyük Britaniyanın "The Times" qəzetində suriyalı kürdlərdən və PKK-nın gələcəyindən bəhs edən məqalə dərc edilib

BAKI, 3 may — Sputnik. Böyük Britaniyanın "The Times" qəzetində suriyalı kürdlərdən və PKK-nın gələcəyindən bəhs edən məqalə dərc edilib. Baş məqalədə ABŞ-a kürdlərin yanında dayanmağa davam edin çağırışı edilib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, məqalədə ABŞ-ın PKK-nı tək qoyduğunu və Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatından sonra PKK-nın gücünü itirdiyi yazılıb.

Yazıda ABŞ-a YPG-yə sahib çıx çağırışı edilib: "Dünyanın ən böyük demokratik və hərbi gücü, dostlarını və müttəfiqlərini tərk etməməlidir. Nə olursa olsun, bu prinsip gözlənilməlidir".

Xəbər lenti
0