Ərdoğanın əsas rəqibi ortaya 100 min imza qoydu

© AFP 2023 / ADEM ALTANTürkiyənin sabiq daxili işlər naziri Meral Akşener, arxiv şəkli
Türkiyənin sabiq daxili işlər naziri Meral Akşener, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə İYİ partiya lideri Meral Akşener Ali Seçki Qurumuna (YSK) gələrək prezidentliyə namizədlik üçün müraciət edib

BAKI, 2 may — Sputnik. Türkiyədə İYİ partiya lideri Meral Akşener Ali Seçki Qurumuna (YSK) gələrək prezidentliyə namizədlik üçün müraciət edib.

Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, Meral Akşener 24 iyunda keçiriləcək növbədənkənar prezident və parlament seçkilərində prezidentliyə namizədliyi ilə bağlı YSK-ya gedib.

O, müraciətdən sonra verdiyi açıqlamada 100 min imza ilə prezidentliyə namizəd olmaq üçün YSK-ya müraciət etdiyini bildirib.

Prezidentlik üçün lazım olan 100 min imzanın 4-9 may tarixlərində toplanması lazımdır.

Qeyd edək ki, dünən Türkiyədə seçki prosesinə başlanılıb. Siyasi partiyalar prezidentliyə namizədlik ərizələrini 5 may saat 17.00-a qədər verməlidir. İttifaq protokolu YSK-ya 6 maya qədər təslim edilməlidir.

Türkiyədə seçkilər 24 iyunda keçiriləcək.

Xəbər lenti
0