Onlar seçkisiz qalacaqlar: MSK binası yandı

© AFP 2023 / Mahmud TURKIA Liviyada naməlum silahlı şəxslər Mərkəzi Seçki Komissiyasına hücum ediblər
Liviyada naməlum silahlı şəxslər Mərkəzi Seçki Komissiyasına hücum ediblər - Sputnik Azərbaycan
Abunə olmaq
Əvvəlcə binaya bir nəfər intihar hücumu təşkil edib, digərləri isə binanı yandırıblar

BAKI, 2 may — Sputnik. Liviyada naməlum silahlı şəxslər Mərkəzi Seçki Komissiyasına hücum ediblər.

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, əvvəlcə binaya bir nəfər intihar hücumu təşkil edib, digərləri isə binanı yandırıblar.

Hadisə nəticəsində ən az 7 nəfər ölüb. Hücumun arxasında kimlərin durduğu məlum deyil.

42 il hakimiyyətdə olan Qəddafinin 2011-ci ildə öldürülməsindən sonra ölkə xaosa sürüklənib.

Qeyd edək ki, ilin sonunadək ölkədə seçki keçirilməsi planlaşdırılır.

Xəbər lenti
0