Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İsraildən Rusiyaya İran təklifi

© AFP 2023 / JACK GUEZTel-Əviv şəhərindən bir görüntü. Arxiv şəkli
Tel-Əviv şəhərindən bir görüntü. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mənbə bildirib ki, hazırda tanışlığın İsrail və ya Rusiyada baş tutacağına dair məlumat yoxdur

BAKI, 2 may — Sputnik. İsrail baş naziri Binyamin Netanyahu Rusiya prezidenti Vladimir Putini İranın nüvə proqramına dair yeni kəşfiyyat məlumatları barədə məlumatlandırıb və materiallarla daha detallı tanış olmaq üçün işçi qrupun göndərilməsini təklif edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə Qüdsdə olan mənbə bildirib.

Mənbə bildirib ki, hazırda tanışlığın İsrail və ya Rusiyada baş tutacağına dair məlumat yoxdur.

Qeyd edək ki, ötən gün İsrail baş naziri Binyamin Netanyahu yerli televiziyada çıxışı zamanı İsrail kəşfiyyatının İranda hərbi nüvə proqramının olduğunu sübut edən yarımton məxfi material əldə etdiyini bildirib.

Xəbər lenti
0