Депутаты оппозиционной фракции Елк в НС (30 апреля 2018). Еревaн

"Əminəm ki, Paşinyan baş nazir ola bilməz"

143
(Yenilənib 17:25 01.05.2018)
Şarmazanov öz mövqeyini ERP fraksiyaların müzakirələrindən sonra ortaya qoyacaq

BAKI, 1 may — Sputnik. "Etiraz hərəkatının lideri Nikol Paşinyan baş nazir ola bilməz". Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri və hakim Ermənistan Respublikaçı Partiyasının (ERP) mətbuat xidmətinin rəhbəri Eduard Şarmazanov bildirib.

Onun sözlərinə görə, öz mövqeyini ERP fraksiyaların müzakirələrindən sonra ortaya qoyacaq. Hələlik isə fraksiyaların rəhbərləri Paşinyanın proqramı ilə tanış olmaq və suallarına cavab almaq istəyirlər.

O, Paşinyanın baş nazir olacağını istisna etməyib, lakin vurğulayıb ki, o, özü şəxsən Paşinyanı bu rolda görmür: "Mən bir şeyi deyə bilərəm: ötən gün baş tutan müzakirələrdən sonra əmin oldum ki, Paşinyan baş nazir ola bilməz".

143
Əlaqədar
Paşinyandan Ermənistanla bağlı ilginc açıqlamalar
Paşinyan parlamentdə: "Sarqsyan və Koçaryan deputatları qorxudur"
Paşinyan Azərbaycanı hədələyir: “İlk işimiz ordunu gücləndirmək olacaq"
Moskvadan dönən Karapetyan Paşinyanın təklifini rədd etdi: "İnqilab"ın qürubu...
AstraZeneca peyvəndi, arxiv şəkli

"AstraZeneca" peyvəndinin daha bir yan təsiri ortaya çıxdı

2
(Yenilənib 16:03 13.04.2021)
Avropa Dərman Agentliyi sözügedən preparatın "qaçış sindromu" adı ilə bilinən "sistematik kapilyar qan sızıntısı"na səbəb ola biləcəyini açıqlayıb.

BAKI, 13 aprel — Sputnik. Koronavirusa qarşı işlənib-hazırlanan peyvəndlər arasında keyfiyyət baxımından ən çox müzakirə doğuran, qan laxtalanmasına səbəb olduğu üçün bir sıra ölkələrdə tətbiqinə fasilə verilən "Oxford/AstraZeneca" preparatının yeni yan təsiri ortaya çıxıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə "CNN Türk" Avropa İttifaqının (Aİ) əczaçılıq sahəsində tənzimləyici qurumu olan Avropa Dərman Agentliyinə (EMA) istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, "Oxford/AstraZeneca" peyvəndi "qaçış sindromu" adı ilə bilinən "sistematik kapilyar qan sızıntısı"na səbəb ola bilər. Agentlikdən artıq sözügedən peyvəndlə vaksinasiya olunmuş 5 nəfərdə bu sindromun müşahidə edildiyi də qeyd olunub.

"Qaçış sindromu" və ya "kapilyarlardan sistematik qan sızıntısı" zamanı adından da göründüyü kimi xırda damarların partlaması nəticəsində insanda qanın həcmi və təzyiqi aşağı düşür. Qan dövranı pozulduğundan, böyrəklər, beyin və qaraciyər toxumalarının oksigen və faydalı maddələrlə təchizatı pisləşir. Xəstəlik müalicə olunmasa, orqan çatışmazlığına və ölümə gətirib çıxara bilər.

Qeyd edək ki, Avropa Dərman Agentliyi "AstraZeneca"nın qanda laxtalanmaya səbəb olduğunu rəsmi şəkildə təsdiqləyib. Agentliyin səlahiyyətli nümayəndəsi Marko Kavaleri İtaliya mətbuatına bu barədə açıqlama verib. "Məncə, artıq bunu söyləyə bilərik: Açıq-aşkar qan laxtalanması ilə peyvənd arasında əlaqə var", – deyə o bildirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl bir sıra ölkələr, o cümlədən, Danimarka, İsveç, Almaniya, Fransa, İtaliya sözügedən preparatla vaksinasiya prosesini dayandırmışdı.

Avropa Dərman Agentliyinin direktoru Emer Kuk isə bu barədə açıqlama verərək bildirmişdi ki, "AstraZeneca" peyvəndi tamamilə təhlükəsizdir: "Bu, çox effektli və təhlükəsiz peyvənddir. Peyvəndin insanları koronavirusdan qoruması ilə bağlı faydaları ehtimal olunan risklərindən daha çoxdur".

Onu da qeyd edək ki, Azərbaycana gətirilən peyvənd preparatları arasında "AstraZeneca" da var.

 

2
Teqlər:
təsir, peyvənd, AstraZeneca
Makoley Kalkin

"Evdə tək"in Kevini ata olub

5
(Yenilənib 14:46 13.04.2021)
40 yaşlı aktyorun həmkarı Brenda Sonqdan oğlu dünyaya gəlib. Bildirilir ki, aktyorlar 2017-ci ildə "Dəyişmə diyarı" filminin çəkiliş meydançasında tanış olublar.

BAKI, 13 aprel — Sputnik. Hər kəsin sevərək izlədiyi "Evdə tək" filminin Kevini - aktyor Makoley Kalkin ilk dəfə ata olub.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 40 yaşlı aktyorun həmkarı Brenda Sonqdan oğlu dünyaya gəlib. Bildirilir ki, aktyorlar 2017-ci ildə "Dəyişmə diyarı" filminin çəkiliş meydançasında tanış olublar.

Aprelin 5-də həyata göz açan körpəyə Makoleyin mərhum bacısı Dakotanın adı verilib.

Qeyd edək ki, Dakotanı 2008-ci ildə avtomobil vurub öldürüb.

5

Yoluxma sayı artdı, ölüm sayı da

0
(Yenilənib 16:41 13.04.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

BAKI, 13 aprel — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 457 yeni yoluxma faktı qeydə alınıb, 2 002 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

Azərbaycanda indiyədək cəmi 289 601 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 253 762 nəfər müalicə olunaraq sağalıb, 3 978 nəfər vəfat edib, aktiv xəstə sayı 31 861 nəfərdir.

Ölkədə son sutka ərzində 14 254, hazırkı dövrədək isə 3 040 386 test aparılıb.

0