Ərdoğana daha bir rəqib meydana çıxdı

© Photo : Murat Cetinmuhurdar / Presidential Palace / Handout via REUTERS Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Səadət Partiyası ölkə prezidenti postuna öz namizədinin adını açıqlayıb

BAKI, 1 may — Sputnik. Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar prezident seçkiləri yaxınlaşdıqca ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın da rəqiblərinin adları bilinməyə başlayır. Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən xəbər verir ki, bu dəfə Səadət Partiyası ölkə prezidenti postuna öz namizədinin adını açıqlayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan / - Sputnik Azərbaycan
"Ərdoğanı bitirmək" planı üçün düyməyə basıldı

Belə ki, partiyanın sədri Temel Karamollaoğlunun ölkə prezidentlyinə namizədliyi irəli sürüləcək. Bununla da Türkiyə prezidentliyinə namizədlərin sayı dördə çatacaq. Onlar hazırkı prezident Rəcəb Tayyib Ərdoğan, Səadət Partiyasının lideri Temel Karamollaoğlu, İYİ partiyasının lideri Merel Akşener və Vatan Partiyasının sədri Doğu Perinçekdir.

Halkların Demokratik Partiyası (HDP) və Cümhuriyyət Xalq Partiyası isə mayın dördündə prezidentliyə namizədlərini açıqlayacaqlarını bəyan ediblər.

© Photo : Milli GazeteTemel Karamollaoğlu
Temel Karamollaoğlu - Sputnik Azərbaycan
Temel Karamollaoğlu

Qeyd edək ki, Türkiyədə iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Prezident Erdoğan açıqlamasında Suriyadakı transsərhəd əməliyyatları, bölgədəki əhəmiyyətli hadisələri və köhnə sistemin problemlərini ən qısa zamanda həll edilməsi lazım olduğunu bildirmişdi. O qeyd etmişdi ki, Türkiyədə yeni rəhbərliyə keçid getdikcə daha da tezləşdirilməlidir.

Xəbər lenti
0