Vəziyyət dəyişdi, Karapetyan ölkəni tərk edir

© Sputnik / Aram NersesyanПремьер-министр Армении Карен Карапетян
Премьер-министр Армении Карен Карапетян - Sputnik Azərbaycan
Abunə olmaq
Onun "Qazprom"da əvvəlki işinə qayıdacağı iddia olunur

BAKI, 1 may — Sputnik. Ermənistanın "Jovohurd" nəşri ölkənin baş naziri səlahiyyətlərini icra edən Karen Karapetyanın Ermənistanı tərk edəcəyini və "Qazprom"da əvvəlki işinə geri qayıda biləcəyini yazıb. Bu barədə Sputnik Azərbaycan "Aysor.am"-a istinadən xəbər verir.

Люди на площади Республики перед выборами в НС (1 мая 2018). Еревaн - Sputnik Azərbaycan
Sarqsyan xofu qayıdır, Yerevanı təkrar etirazlar bürüyür

Nəşr yazır ki, bu yaxınlarda Respublika Partiyasının (ERP) parlament fraksiyasının üzvləri ilə baş tutan görüşdə ERP-nin sədri Serj Sarqsyan partiyanın liderinin dəyişə biləcəyini bildirib. Bundan əlavə, o, ERP nümayəndələrinə Karen Karapetyanı dinləmələrini və ona tabe olmalarını tapşırmışdı. Bu isə Karen Karapetyanın partiyaya rəhbərlik edəcəyi ehtimallarını ortaya çıxarırdı.

Lakin ERP-də vəziyyət dəyişib. Serj Sarqsyan hələ də partiyanı idarə etməkdə davam edir. Bunun əvəzində Karen Karapetyanın növbəti dəfə ölkəni tərk edəcəyi və "Qazprom"da əvvəlki işinə qayıdacağı istisna edilmir.

Məsələ burasındadır ki, bu müddət ərzində ERP nümayəndələri ilə Karen Karapetyan arasında fikir ayrılıqları daha da kəskinləşib. Buna səbəb Serj Sarqsyanın istefasından sonra Karen Karapetyanın istənilən yolla hakimiyyətdə qalmaq istəməsi və Ermənistan xaricindən dəstək axtarması olub. Görünür, bu faktor Serj Sarqsyanın xoşuna gəlməyib.

Xəbər lenti
0