Avstraliyalı alim Devid Qudoll

Tanınmış alim yaşamaqdan bezib, özünü öldürmək qərarına gəlib

167
(Yenilənib 10:03 01.05.2018)
Alimin xahişinə İsveçrədə eftanaziya ilə məşğul olan agentlik tərəfindən baxılıb və razılıq verilib

BAKI, 1 may — Sputnik. 104 yaşlı avstraliyalı alim yaşamaqdan bezdiyi üçün İsveçrədə evtanaziya olunmaq qərarına gəlib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, evtanaziya İsveçrənin Viktoriya ştatında 2017-ci ilin sonlarında leqallaşdırılsa da, onun həyata keçirilməsinə ancaq sağalmaz xəstəliklər zamanı qərar verilə bilər. Avstraliyalı alim Devid Qudoll sağalmaz xəstə olmasa da, o, həyat keyfiyyətini pisləşdirən səbəblərə görə daha yaşamaq istəmir.

Alimin xahişinə İsveçrədə evtanaziya ilə məşğul olan agentlik tərəfindən baxılıb və razılıq verilib.

Evtanaziya tərəfdarları alimin İsveçrəyə getməsi üçün 15 min dollar pul toplayıblar. Qudoll İsveçrəyə mayın əvvəllərində getməyi planlaşdırır.

Qudoll geobotanika və ekoloji statistika üzrə mütəxəssisdir. O, Edit Kouen adına Universitetin professorudur. İki il əvvəl universitet rəhbərliyinin qərarı ilı Qudollun istefaya göndərilməsi beynəlxalq rezonansa səbəb olmuşdu.

167
Teqlər:
evtanaziya, qoca, alim, İsveçrə
Erməni PUA--sı, arxiv şəkli

Azərbaycanın endirdiyi PUA-nı Ermənistan ordusuna PKK verib?

74
(Yenilənib 16:21 25.10.2020)
Dünən Cəbrayıl rayonu istiqamətində düşürülən erməni ordusuna məxsus PUA-ını İŞİD və PKK/YPG tipli terror təşkilatları istifadə edirlər.

BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi, bu gün səhər saatlarında Cəbrayıl rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus "BZEZ" zərbə pilotsuz uçuş aparatının (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirildiyi barədə məlumat paylaşıb.

Nazirlikdən təqdim edilən fotolarda PUA-da əldəqayırma partlayıcı olduğu görünür.

Sputnik Azərbaycan-ın türk mediasına istinadla verdiyi xəbərə görə, türkiyəli təhlükəsizlik mütəxəssisi Abdullah Ağar Twitter hesabında zərərsizləşdirilən dronun fotolarını paylaşaraq çox maraqlı bir dəyərləndirmə edib. Onun fikrincə, bu PUA-nın düzəldilməsində bir sıra terror təşkilatlarının, ilk növbədə PKK-nın əli var.

Ağar "Azərbaycan əsgərlərinin bu gün Cəbrayıl cəbhəsində düşürdükləri BOMBALI PUA. İçində əldəqayırma bomba var. Bunları ilk dəfə İŞİD-də görmüşdük. Sonra YPG/PKK-da. İndi də Ermənistan ordusunda. Şübhəliyəm ki, bu bombadan YPG/PKK iyi gəlir. Onların mallarına çox oxşayır çünki!" açıqlamasını verib.

74
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Kanadada Gəncədəki terror aktları ilə bağlı yürüş

Kanadada Gəncədəki terror aktları ilə bağlı yürüş keçirilib

9
(Yenilənib 16:02 25.10.2020)
Kanadada yaşayan dost xalqların nümayəndələri də öz bayraqları ilə aksiyaya qoşularaq Azərbaycana dəstəklərini nümayiş etdiriblər.

BAKI, 25 oktyabr — Sputnik. Kanadanın Vankuver şəhərində yaşayan azərbaycanlı icmanın təşkilatçılığı və Kanada Azərbaycanlıları Şəbəkəsinin ("Network of Azerbaijani Canadians") texniki dəstəyi ilə Qarabağ üçün həmrəylik nümayişi və Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdiyi terror aktlarına etiraz əlaməti olaraq yürüş keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Diaspora ilə iş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

  • Kanadada Gəncədəki terror aktları ilə bağlı yürüş
    © Photo : The State Committee on Work with Diaspora of AR
  • Kanadada Gəncədəki terror aktları ilə bağlı yürüş
    © Photo : The State Committee on Work with Diaspora of AR
  • Kanadada Gəncədəki terror aktları ilə bağlı yürüş
    © Photo : The State Committee on Work with Diaspora of AR
1 / 3
© Photo : The State Committee on Work with Diaspora of AR
Kanadada Gəncədəki terror aktları ilə bağlı yürüş

Bildirilib ki, "Vancouver Public Library" meydanına toplaşan aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin törətdiyi vandalizm aktları nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər.

Aksiyada "Qarabağ Azərbaycandır", "Erməni təcavüzünə son", "Mülki insanlar toxunulmazdır", "Uşaq ölümünə son qoyun", "Gəncə üçün dua et", "Erməni terroruna son" kimi şüarlar səsləndiriblər.

Kanadada yaşayan dost xalqların nümayəndələri də öz bayraqları ilə aksiyaya qoşularaq Azərbaycana dəstəklərini nümayiş etdiriblər.

Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 5-i qadın olmaqla 10 nəfər həlak olub, 15-i qadın, 6-sı uşaq olmaqla 33 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Oktyabrın 17-də Ermənistan ordusunun Gəncəyə daha bir raket hücumu nəticəsində 5-i uşaq olmaqla 17 nəfər dinc sakin həlak olub, 51 nəfər xəsarət alıb.

9
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Koronavirus testi, arxiv şəkli

Ölkədə daha 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb

9
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

BAKI, 25 oktyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə son sutka ərzində 10037, hazırkı dövrədək isə 1291534 test aparılıb.

9