Tank

İnsanlar tankın altında belə qaldı VİDEO

275
(Yenilənib 03:04 01.05.2018)
Xoşbəxtlikdən, onlar tankın altındakı boşluğa düşərək, tırtılların altında qalmayıblar

BAKI, 1 may — Sputnik. Sosial şəbəkələrdə Peterburqda festival zamanı tankın insanların üstündən keçməsinin videosu yayılıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, aprelin 29-da Sankt-Peterburda keçirilən "Döyüş Poladı" festivalı zamanı baş verən qəza izləyicilərdən biri tərəfindən qeydə alınıb. Qəza zamanı 3 nəfər xəsarət alıb.

Böyük Vətən Müharibəsinə həsr edilmiş tədbirin təşkilatçıları festival iştirakçılarına tankların üstündə gəzmək imkanı yaradıblar. Bu gəzintilərdən biri zamanı bir neçə nəfər özünü saxlaya bilməyib və T-60 tankının üstündən düşərək, tankın atında qalıblar. Xoşbəxtlikdən, onlar tankın altındakı boşluğa düşərək, tırtılların altında qalmayıblar.

Yıxılan 10-15 yaşlı yeniyetmələr yüngül zədələnib, 32 yaşlı kişi ayağından və döş qəfəsindən yaralanıb.

Rusiya İstintaq Komitəsi faktı araşdırır.

275
Teqlər:
bədbəxt hadisə, Rusiya, festival, tank