Nikol Paşinyan

Paşinyan Azərbaycanı hədələyir: “İlk işimiz ordunu gücləndirmək olacaq"

378
(Yenilənib 22:11 30.04.2018)
Nikol Paşinyan: "ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də Bakının aqressiv ritorikasına son qoymağa qadir olmalı və onu danışıqlar çərçivəsinə qaytarmalıdır"

BAKI, 30 aprel — Sputnik. Ermənistanın "Mənim addımım" etiraz hərəkatının və parlamentin "Yelk" fraksiyasının rəhbəri Nikol Paşinyan hesab edir ki, Azərbaycanı Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda konstruktiv sahəyə qayıtmağa məcbur etmək lazımdır.

Sputnik Ermənistan-ın məlumatına görə, Nikol Paşinyan bunu parlamentdə jurnalistlərə deyib.

Paşinyan qeyd edib ki, davamlı olaraq "Yerevanı almaq" barədə bəyanat səsləndirən Bakı ilə effektiv danışıq aparmaq mümkün deyil.

"Azərbaycan qeyri-konstruktiv və aqressiv siyasət yürüdür. Bizim qarşımızda duran məsələ ordunu gücləndirmək və döyüş qabiliyyətini yüksəltməkdir. Bu, Azərbaycanı konstruktiv mövqeyə qaytarmağın əsas yoludur" – deyə o bildirib.

Paşinyan qeyd edib ki, əsas prioritet Ermənistanın təhlükəsizliyini təmin etməkdir.

"Hamıya aydındır ki, son hadisələr ordu və xalqın hərbi ruhunu yüksəldib. Biz Qarabağı tamamilə dəstəkləyirik və əgər mən baş nazir seçilsəm, ilk addımım operativ vəziyyətlə tanış olmaq olacaq" – deyə Paşinyan əlavə edib.

Ermənistan "məxməri inqilabı"nın liderinin fikrincə, "ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də Bakının aqressiv ritorikasına son qoymağa qadir olmalı və onu danışıqlar çərçivəsinə qaytarmalıdır".

Orduda kadr məsələlərinə gəlincə, Paşinyan deyib ki, bunu lazımi səlahiyyətləri əldə etdikdən sonra müzakirə edəcək.

O, həmçinin hazırkı müdafiə nazirinin mümkün dəyişikliyi barədə də heç nə deməyib.

378
Teqlər:
Nikol Paşinyan, hədə, Ermənistan, Azərbaycan, ordu
Avropada miqrant düşərgəsi, arxiv şəkli

Avropada itkin düşmüş miqrant uşaqların sayı açıqlanıb

2
(Yenilənib 17:39 21.04.2021)
Cinayətkar təşkilatlar miqrantların uşaqlarını getdikcə daha çox hədəfə alırlar və həmin uşaqların bir çoxu insan alverinin, habelə məcburi əmək və seksual istismarın qurbanına çevrilirlər.

BAKI, 21 aprel — Sputnik. Böyük Britaniyanın "The Guardian" məcmuəsi və "Lost in Europe" beynəlxalq jurnalistlər qrupunun birgə araşdırması nəticəsində Avropada 2018-ci ilin yanvar ayından 2020-ci ilin dekabrına qədər 18292 miqrant uşağın itkin düşdüyü məlum olub. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, itkin düşmüş uşaqların əksəriyyəti son üç il ərzində Mərakeş, Əlcəzair və Əfqanıstandan gələn miqrantlardır.

Hesabata görə, bu minvalla Avropada təqribən hər gün 17 miqrant uşaq itkin düşüb. Bu uşaqların 90%-i oğlanlar olub. İtkin düşən hər altıncı uşaq isə 15 yaşdan kiçikdir. Məlumatda qeyd olunur ki, təkcə 2020-ci ildə Avropanın 13 ölkəsində 5768 uşaq itkin düşüb.

"Bu qədər uşağın itkin düşməsi onu göstərir ki, uşaqları müdafiə sistemi işləmir", - deyə "Missing Children Europe" qeyri-kommersiya təşkilatının müdafiə və miqrasiya şəbəsinin rəhbəri Federika Toskano bildirib.

Onun sözlərinə görə, cinayətkar təşkilatlar miqrantların uşaqlarını getdikcə daha çox hədəfə alırlar və həmin uşaqların bir çoxu insan alverinin, habelə məcburi əmək və seksual istismarın qurbanına çevrilirlər.

Bir müddət əvvəl Niderlanddakı sığınacaqlardan 60 nəfər vyetnamlı uşağın itməsi barədə xəbərlər yayılıb. Hollandiya hökumət dairələri həmin uşaqların Böyük Britaniyaya aparılaraq kannabis yetişdirilən fermalarda və manikür salonlarında işə cəlb olunmaları ilə bağlı şübhələrini bildiriblər.

 

2
Marixuana nümunələri, arxiv şəkli

Koronavirus peyvəndi vurduranlara marixuana payladılar

16
(Yenilənib 15:02 21.04.2021)
Dörd mindən çox adam peyvənddən sonra marixuana payını almaq üçün müraciət edib, hətta bəziləri aksiya təşkilatçılarına kələk gəlməyə də çalışıblar.

BAKI, 21 aprel — Sputnik. ABŞ-ın Nyu-York şəhərinin mərkəzində koronavirusa qarşı peyvənd vurduranlara marixuana paylanılıb. Aksiya ABŞ-da narkotiklərin leqallaşdırılması üçün mübarizə aparan DCMJ qeyri-hökumət təşkilatı tərəfindən təşkil olunub. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadla məlumat yayıb.

DCMJ-nin qurucularından biri Nikolas Şiller bildirib ki, "Marixuana istifadəçiləri peyvəndin tərəfdarıdır" şüarı ilə keçirilən aksiya Vaşinqtonda da təşkil olunub. Onun sözlərinə görə, aktivistlər bu yolla insanları vaksinasiyaya cəlb etmək istəyirlər.

Şiller onu da deyib ki, Nyu-Yorkda dörd mindən çox adam peyvənddən sonra marixuana payını almaq üçün müraciət edib. Hətta bəziləri narkotik almaq məqsədilə aksiya təşkilatçılarına kələk gəlməyə də çalışıblar. Belə ki, peyvənd vurdurduqları haqqında sertifikat əvəzinə, qanda antitelin olduğuna dair arayış gətiriblər.

Şillerin sözlərinə görə, ABŞ-da Rusiya istehsalı olan "Sputnik V" peyvəndi tətbiq olunmasa belə, bu preparatla da vaksinasiya olunanlara marixuana veriləcək.

Tədbir hər il ABŞ-da aprelin 20-də qeyd olunan Çətənə Günü münasibətilə təşkil olunub.

Qeyd edək ki, Nyu-York ştatının qanunverici məclisinin hər iki palatası marixuanadan istifadəni leqallaşdırmaq üçün qanun layihəsinin lehinə səs verib. Daha sonra həmin sənəd ştatın qubernatoru Endryu Kuomo tərəfindən imzalanıb.

https://lenta.ru/news/2021/04/21/april20/

16