Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

"Ərdoğanı bitirmək" planı üçün düyməyə basıldı

1201
(Yenilənib 13:32 30.04.2018)
Türkiyə prezidentinin seçkilərdə qələbəsini əngəlləmək istəyən britaniyalılar hərəkətə keçdilər

BAKI, 30 aprel — Sputnik. Böyük Britaniya mətbuatı Türkiyədə 24 iyunda keçiriləcək növbədənkənar prezident və parlament seçkilərini geniş işıqlandırmağa başlayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Financial Times" qəzetində dərc edilən baş məqalədə prezident Rəcəb Tayyib Ərdoğan açıq şəkildə hədəf göstərilib.

"Qərb ölkələri Ərdoğanın üzərində təzyiqi əvvəldən artırmağa başlamalıydı" — deyə məqalədə bildirilir.

Qərbin daha öncə hərəkətə keçməsinin lazım olduğu qeyd olunan yazıda bildirilir ki, Ərdoğanın seçkiləri qazanması Türkiyə üçün vəziyyəti daha da pisləşdirəcək. Məqalədə ABŞ və Avropa ölkələrinin narahatlığına baxmayaraq, Ərdoğan ilə Putin arasında səmimi münasibətlərin davam etdiyinə də diqqət çəkilib.

1201
Teqlər:
məqalə, seçki, mətbuat, Böyük Britaniya, Rəcəb Tayyib Ərdoğan, Türkiyə
Əlaqədar
Türkiyədə həyacan: Abdullah Gül sükutu pozdu, Ərdoğan sərt danışdı
Ərdoğan Abdullah Gülün namizədliyinə belə reaksiya verdi: "Çox pis oldum"
Ərdoğanın ehtiyatlandığı "qəribə ssenari" ortaya çıxdı
Əliyev və Ərdoğan dünyaya önəmli mesajlar verdilər
İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olacaq
Ərdoğan narahatdır: “Ortada ssenari var”