Ermənistan parlamenti

Ermənistanın yeni baş nazirinin adı məlum oldu

2206
(Yenilənib 00:37 29.04.2018)
Ermənistanın yeni baş naziri parlamentin mayın 1-də keçiriləcək iclasında seçilməlidir

BAKI, 29 aprel — Sputnik. "Yelk" (Çıxış) fraksiyasının rəhbəri Nikol Paşinyan Ermənistanın yeni baş naziri ola bilər. Bu barədə Sputnik Ermənistan məlumat yayıb. 

Belə ki, Ermənistan parlamentində 105 yerdən 58-nə malik olan hakim Respublika partiyası aprelin 28-də baş nazir postuna namizəd irəli sürməyəcəyini bəyan edib. 30 səsə malik "Sarukyan" bloku da bu seçkidə öz namizədi ilə çıxış etməyəcək və "xalqın namizədi"ni dəstəkləyəcək. "Daşnaksutyun" partiyası isə birbaşa Nikol Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləyəcəyini bildirib. Bu partiyanın 7 deputat yeri var. 

Серж Саргсян
© AP Photo / Markus Schreiber

"Yelk" fraksiyası da 9 nəfərlə parlamentdə azlıqdadır. Lakin aprelin 25-də keçirilən mitinq zamanı müxalif "Mənim addımım" hərəkatı öz lideri Nikol Paşinyanın baş nazir postuna namizədlıiyini irəli sürüb. 

Aprelin 23-də Ermənistanın baş naziri Serj Sarqsyan çoxgünlük etiraz aksiyalarından sonra istefa verib. Baş nazirin səlahiyyətlərini onun birinci müavini Karen Karapetyan icra edir. 

Ermənistanın yeni baş naziri parlamentin mayın 1-də keçiriləcək iclasında seçilməlidir. 

2206
Teqlər:
"Daşnaksutyun" partiyası, "Yelk" fraksiyası, "Sarukyan" bloku, "Mənim addımım" hərəkatı, Karen Karapetyan, Serj Sarqsyan, Nikol Paşinyan, Ermənistan
Mövzu:
Ermənistanda etiraz aksiyaları (35)
Əlaqədar
Ermənistan müxalifəti Gümrüyə yürüşə başladı
Ermənistanda ümumi itaətsizliyə və yeni etirazlara çağırış edildi
Ağ Ev rəhbəri ermənilərin arzusunu gözündə qoydu
Peskovdan Ermənistan açıqlaması: “Hadisələr bir-birinə bənzəmir”
Erməni pornoulduz bədəni ilə pul qazanmağın yeni üsulunu tapıb
Co Bayden

Co Baydendən transgenderlərə yaşıl işıq

21
Ağ Ev: Prezidentin bu gün imzaladığı sərəncama əsasən, xidmətə yararlı olan hər bir amerikalı ABŞ Silahlı Qüvvələrində xidmət edəcək.

BAKI, 25 yanvar - Sputnik. ABŞ prezidenti Co Bayden sələfi Donald Trampın ABŞ Silahlı Qüvvələrində transgenderlərin xidmətinə qoyduğu qadağanı ləğv edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Ağ Evdən yayılıb. Məlumatda deyilir: 

“Prezidentin bu gün imzaladığı sərəncama əsasən, xidmətə yararlı olan hər bir amerikalı ABŞ Silahlı Qüvvələrində xidmət edəcək. Co Bayden inanır ki, cinsiyyət hərbi xidmətə mane olmamalıdır”.

Qeyd edək ki, Ağ Evə gəldikdən qısa müddət sonra keçmiş prezident Donald Tramp transgenderlərin ABŞ ordusunda hər hansı bir vəzifə tutmasının əleyhinə olduğunu bəyan etmişdi.

2019-cu ildə ABŞ Müdafiə Nazirliyi transgenderlərin əksəriyyətinin ABŞ ordusunda xidmətini qadağan edən direktiv imzalayıb.

21
Teqlər:
Co Bayden
Plastik tullantılar, arxiv şəkli

Plastik tullantılardan insanları gözəlləşdirmək üçün istifadə edəcəklər

11
(Yenilənib 20:19 25.01.2021)
Elm adamları yüksək temperaturda və təzyiqdə sabit qaldığı, enerji çevrilməsi üçün əla bir material olduğu üçün perovskiti (kalsium titanat) seçiblər.

BAKI, 25 yanvar — Sputnik. Şimal-Qərb Universitetinin, Argonne Milli Laboratoriyasının və Eymes Laboratoriyasının alimləri plastik tullantıların təkrar emalı üçün yeni bir üsul icad ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onun köməyi ilə zibil motor yağları, sürtkü yağları, yuyucu vasitələr və hətta kosmetika istehsalı üçün uyğun bir maye halında olan maddəyə çevrilə bilər.

Məlumdur ki, dünyada hər il 380 milyon ton plastik istehsal olunur. Mütəxəssislərin fikrincə, 2050-ci ilə qədər bu rəqəm dörd dəfə arta bilər. Məhsulların 75% -dən çoxu birdəfəlik istifadədən sonra atılır və ətrafa, o cümlədən çaylara, dənizlərə və okeanlara daxil olur.

Plastik tullantıları emalının müasir üsulları problemi həll edə bilməz. Birdəfəlik məhsullar əriyib emal edilə bilər. Amma nəticədə aşağı keyfiyyətli material alınır.

Yeni araşdırmanın müəllifləri məsələyə fərqli yanaşıblar.

Elm adamları yüksək temperaturda və təzyiqdə sabit qaldığı, enerji çevrilməsi üçün əla bir material olduğu üçün perovskiti (kalsium titanat) seçiblər.

Müəyyən şərtlərdə katalizator plastikin karbon-karbon bağını parçalayır və maye karbohidrogenlər əldə edilir. Belə bir maye müxtəlif texniki və ya kosmetik məhsulların istehsalı üçün uyğundur.

11

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

0
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

0