Kemal Kılışdaroğlu və Meral Akşener

Türkiyədə “15-lər” fırtınası: Onlar geri dönəcəklər

337
(Yenilənib 04:13 28.04.2018)
“Məsələni bir geri dönüş, vəzifə davası səviyyəsinə sığışdırmağı doğru hesab etmirik”

BAKI, 28 aprel — Sputnik. İYİ partiyanın seçkilərə qatılmasından sonra bu partiyaya transfer olunan 15 CHP-li millət vəkili seçki ərəfəsində partiyalarına geri dönəcək. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə CHP rəhbərinin köməkçisi Bülent Tezcan məlumat verib.

İYİ partiya lideri Maral Akşenerin 100 min imza toplaması və İYİ Partiya qrupundan prezidentliyə namizəd göstərilməsindən sonra partiyaya qayıtmaları gözlənilən 15-lər CHP-nin ötən seçkilərdəki  siyahısından seçildikləri yerlərdən millət vəkilliyinə namizəd göstəriləcəklər.

15-lər içində bəzi millət vəkillərinin 2019-mart ayında yerli seçkidə bələdiyyə sədrliyinə namizədi göstərilməsi də gözlənilir.

"Onlar demokratiya qəhrəmanı olaraq önəmli bir vəzifəni icra ediblər. Türkiyədə diktatorluğu yaratmaq istəyən bir anlayışa qarşı demokratiya qarşısında, seçki qutusu qarşısında, tələ qurmaq istəyən diktatorçu tərəflərə qarşı demokratik çıxış edilib. Bu prosesdə diktatorluğun izini tapmaq mümkün deyil. Dostlarımızın öz gələcəkləri ilə bağlı heç bir hesabı olmayıb. Bu mübarizəni aparan dostlarımızın pis vəziyyətə salınması mümkün deyil. Bu gün siyasətin gündəmi onların geri dönüb dönməməsi deyil. Məsələni bir geri dönüş, vəzifə davası səviyyəsinə sığışdırmağı doğru hesab etmirik" – deyə Tezcan bildirib.

337
Teqlər:
İYİ, CHP, Türkiyə, deputat, istefa
Türkiyə Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli

Türkiyə XİN-dən 20 Yanvarla bağlı paylaşım

4
(Yenilənib 15:39 20.01.2021)
"20 Yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı üçün şəhid olan azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq".

BAKI, 20 yanvar — Sputnik. Türkiyə Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar "Twitter"-də paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda bildirilir: "20 Yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı üçün şəhid olan azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq".

Qeyd edək ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz hesabında 20 Yanvarla bağlı paylaşım etmişdi: "20 Yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda edən qardaşlarımızı rəhmətlə anıram. Şəhidlərin simvolu qərənfillər bu gün azad Azərbaycan torpaqlarının simvolu olan xarı bülbül ilə birlikdə açır. Üç rəngli bayrağınla məsud yaşa Can Azərbaycan!".

4
Koronavirus xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı 165 mini keçdi

13
(Yenilənib 12:50 20.01.2021)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96,1 milyonu keçib, 2,05 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

BAKI, 20 yanvar — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 165221-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 309 nəfər artıb.

Ermənistanda son gündə daha 9 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3016-ya çatıb. Xəstəlikdən sağalanların sayı 153857 nəfər olub. Hazırda bu ölkədə 7607 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96,1 milyonu keçib, 2,05 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

13
Teqlər:
Ermənistan, Koronavirus, epidemiya, COVID-19

Azərbaycanda koronavirus: rəqəmlər azalır

0
İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib

BAKI, 20 yanvar - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib, aktiv xəstə sayı 7 367 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 991, ötən müddət ərzində isə ümumilikdə 2 336 498 test aparılıb.

0
Teqlər:
statistika, Azərbaycan, test, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər