F-35 qırıcı təyyarəsi

Türkiyə ABŞ arasında "F-35" böhranı

83
(Yenilənib 23:55 27.04.2018)
Ceyms Lenkford Türkiyə hökumətinə həssas texnologiyaların satılmasının son dərəcə riskli olduğunu bildirib

BAKI, 28 aprel — Sputnik. ABŞ senatorları Türkiyəyə yeni "F-35" qırıcı təyyarələrinin verilməsinı mane olmaq istəyirlər. Bir neçə senator bununla bağlı Konqresdə qanun layihəsi irəli sürüb.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, senatorlar əsas səbəb olaraq amerikalı keşiş Endryu Kreyq Brunsonun Türkiyədə həbs edilməsini göstərirlər. Qeyd edək ki, E.Brunson Türkiyədə 2016-cı ildə dövlət çevrilişi cəhdində əlaqəli olmaqda ittiham edilərək həbs olunub.

"F-35" qırıcı təyyarələrinin Türkiyəyə tədarükünü əngəlləmək ilə bağlı qanun layihəsi senatorlar Ceyms Lenkford, Janin Şahin və Tom Tillis tərəfindən irəli sürülüb.

Ceyms Lenkford Türkiyə hökumətinə həssas texnologiyaların satılmasının son dərəcə riskli olduğunu bildirib: "Təəssüf ki, Türkiyənin strateji qərarları tədricən cızığından çıxır və bəzən ABŞ-ın maraqları ilə toqquşur. Bundan başqa, Türkiyə hökuməti getdikcə Rusiyaya yaxınlaşır. Eyni zamanda, Türkiyə amerikalı keşişi günahsız yerə həbsxanada saxlayır və ondan siyasi müzakirələrdə istifadə etmək istəyir".

Senator Tom Tillis də Türkiyəni iki ölkə arasında münasibətləri pozmaqda ittiham edib.

83
Teqlər:
böhran, "F-35" qırıcı təyyarəsi, ABŞ, Türkiyə