İşarə barmağı uzun olan kişi….

Abunə olmaq
Çox zaman qadınlar kişilərin yalan danışdığını deyir

BAKI, 28 aprel — Sputnik. Alimlər müəyyən edib ki, barmağı uzun kişilər davakar olmur. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, alimlər araşdırmaları zamanı kişilər haqqında bir neçə fakt müəyyən edib.

Məlumata görə, kişilər qadın gözəlliyinə baxmağı sadə bir həqiqətdir. Ancaq qeyri adi olan budur ki, kişilər gün ərzində 10 gözəl qadına baxır və buna 43 dəqiqə vaxt sərf edirlər. Bu isə il ərzində 11 gün deməkdir.

Çox zaman qadınlar kişilərin yalan danışdığını deyir. Statistikaya görə isə qadınlar gündə 6, kişilər isə 3 dəfə yalan danışır.

Kişilər də qadınlar kimi kompliment eşitməyi sevir. Ancaq maraqlısı odur ki, kişilər kişilərdən kompliment eşitməyi sevir. Qadınların tərifi onlarda özünə o qədər də inam yaratmır. Kişilərin tərifi isə özünə inamı artırır.

Qadınlara məsləhət görülür ki, tanış olanda kişilərin barmaqlarının uzunluğuna baxsınlar. Yox, bu heç də sizin düşündüyünüz kimi deyil. Alimlər müəyyən edib ki, işarə və üzük barmağı uzun olub digərlərindən fərqlənən kişilər digərləri ilə müqayisədə daha az davakar olur.

Xəbər lenti
0