Abdullah Gül və Ərdoğan

Türkiyədə həyacan: Abdullah Gül sükutu pozdu, Ərdoğan sərt danışdı

1459
(Yenilənib 16:27 27.04.2018)
Keçmiş prezident bu dəfəki seçkilərə qatılıb-qatılmayacağı barədə açıqlama verib

BAKI, 27 aprel — Sputnik. Türkiyənin 11-ci prezidenti olmuş Abdullah Gül iyunun 24-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak edib-etməyəcəyi barədə açıqlama verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Gül jurnalistlərə açıqlamasında bununla əlaqədar qərarını sabah elan edəcəyini bildirib.

Qandal
© Flickr / Getta

Xatırladaq ki, Türkiyədə keçiriləcək prezident seçkilərində Abdullah Gülün də namizədliyini irəli sürəcəyi iddia edilir. Bu günə qədər Abdullah Gül bu məsələ ilə bağlı mövqeyini ortaya qoymamışdı.

Bu arada, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP-dən İYİ partiyaya transfer edilən 15 millət vəkili haqqında sərt ifadələr işlədib. "15 millət vəkilini ağladaraq, öz evindən qəbul edilməyəcəkləri bir yerə ixrac edirsən. Diktatorlar belə edər" – deyə Ərdoğan bildirib.

O, daha sonra deyib: "Yaşanan proseslər seçkinin mübarizə ilə keçəcəyindən xəbər verir. Əl-ayaqlarının bir-birinə dolaşmasından hiss edirik ki, ümidlərini 24 iyuna bağlayıblar. Buradan elan edirəm: Yenə bacarmayacaqsınız. Bütün güclərini mənə və partiyamıza olan nifrətlərini ortaya tökmək üçün istifadə edirlər. Amma yenə bacarmayacaqlar".

1459
Teqlər:
Abdullah Gül, seçki, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, prezident
Əlaqədar
Ərdoğan Abdullah Gülün namizədliyinə belə reaksiya verdi: "Çox pis oldum"
Ərdoğanın ehtiyatlandığı "qəribə ssenari" ortaya çıxdı
Ərdoğan narahatdır: “Ortada ssenari var”
Seçkiqabağı Ərdoğana zərbə, həm də üçüncü ölkədən
Avropa Parlamentinin iclası, arxiv şəkli

Avropa Parlamenti Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul etdi

8
(Yenilənib 12:22 27.11.2020)
Bir oktyabr 2020-ci il tarixinə milli iqtisadiyyatda muzdlu işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 1,681 milyon nəfərə çatıb.

BAKI, 27 noyabr — Sputnik. Avropa Parlamenti Avropa İttifaqı üzv dövlətlərini Aralıq dənizindəki davranışına görə Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.

Banker.az xəbər verir ki, sənədlə bağlı səsvermə Avropa Parlamentinin Brüsseldəki plenar iclasında baş tutub.

Bildirilir ki, qətnaməyə 631, əleyhinə 3 deputat səs verib. "Parlament üzvləri Avropa Şurasını Türkiyənin qanunsuz fəaliyyəti ilə bağlı vahid mövqe tutmağa və buna cavab olaraq sərt sanksiyalar tətbiq etməyə çağırırlar", – sənəddə deyilir.

Qətnamə Türkiyənin Kiprin şimalındakı keçmiş Varoşa kurort zonasını açmaq qərarının bu problemin həlli perspektivlərini sarsıtdığını vurğulayır.

Eyni zamanda sənəddə Ankaranın Aralıq dənizi, Liviya və Suriyadakı hərəkətləri sayəsində Avropa İttifaqı ilə Türkiyə arasındakı münasibətlərin "tarixi minimuma" çatdığı qeyd edilir. Avropa İttifaqı və Türkiyə münasibətləri 10-11 dekabr sammitində diqqət mərkəzində olan mövzulardan biri olacaq.

8
Teqlər:
Brüssel, plenar iclas, Kipr, Türkiyə, Avropa Parlamenti, Sanksiya
Alban Klod, arxiv şəkli

Fransada yaşayan azərbaycanlı məşhur Qarabağa gələcək

7
(Yenilənib 12:04 27.11.2020)
Alban Klod: "Mənim məqsədim fransız oxuculardan ötrü müharibə və tarixi torpaqlar haqqında yazmaqdır".

BAKI, 27 noyabr — Sputnik. "Tezliklə Qarabağda olacağam. Məqsədim fransız oxucular üçün müharibə və tarixi torpaqlar haqqında yazmaqdır. Düşünürəm ki, bu yolla daha faydalı ola bilərəm".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan kötücəsi Alban Klod "Facebook" hesabında yazıb.

Qeyd edək ki, Alban Klod Tağıyevin ikinci oğlu Sadıxın nəticəsidir.

7
Teqlər:
Fransa, Hacı Zeynalabdin Tağıyev, Qarabağ
Tuneldə dayanmış adam, arxiv şəkli

Yasamalda qətl baş verib, qatil axtarışdadır

0
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 26-da saat 20 radələrində Yasamal rayonu ərazisində Əli Əliyevin aldığı bədən xəsarətləri nəticəsində ölməsi barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Yasamal Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı Elvin Şəmmədov və onun yanında olan şəxsiyyəti istintaqa məlum olmayan şəxsin aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı törədərək hadisə yerindən qaçmalarına əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

0