FTX terrorçuları zərərsizləşdirib

Rusiyada böyük terrorun qarşısı alınıb: Dərbənddə 11 nəfər öldürülüb - VİDEO

100
(Yenilənib 23:29 26.04.2018)
Əbu Bəkr əl-Bağdadiyə sədaqət andı içən bu terrorçular hüquq-mühafizə orqanları əməkdaşları və vəzifəli şəxslərə qarşı qalmaqallı hücumlar hazırlayırmışlar

BAKI, 27 aprel — Sputnik. Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) son 4 gün ərzində Dağıstan, Tatarıstan, Stavropolda, Omsk və Ulyanovsk vilayətlərində 12 bandit və 14 terrorçunu zərərsizləşdirib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, 21 və 24 apreldə Dərbənddə İŞİD tərəfdarı olan 11 terrorçu zərərsizləşdirilib. Əbu Bəkr əl-Bağdadiyə sədaqət andı içən bu terrorçular hüquq-mühafizə orqanları əməkdaşları və vəzifəli şəxslərə qarşı qalmaqallı hücumlar hazırlayırmışlar.

İŞİD tərəfdarı olan daha bir terrorçu Stavropolda zərərsizləşdirilib. O, odlu silah və əldəqayırma partlayıcı vasitəsilə terror aktı hazırlayırmış.

FTX rəhbəri Aleksandr Bortnikov bildirib ki, ötən il 25 terror aktının qarşısını alıblar, 4 terror aktı isə həyata keçirilib. Bu ilin 4 ayə ərzində 6 terror aktı hazırlayan 12 banda zərərsizləşdirilib, 189 terrorçu tutulub, 15 nəfər məhv edilib.

100
Teqlər:
Aleksandr Bortnikov, Dərbənd, terrorçu, FTX