Burnunu düzəltdirən qadın əməliyyat zamanı öldü

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidƏməliyyat, arxiv şəkli
Əməliyyat, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyat zamanı qadının əhvalı dəyişib və ondan atipik hemolitik sindrom meydana gəlib

BAKI, 27 aprel — Sputnik. İki həftə ərzində Moskvada plastik əməliyyat nəticəsində iki qadın dünyasını dəyişib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Moskvada burun plastik əməliyyatı etdirən 29 yaşlı qadın dünyasını dəyişib. Daha əvvəl də məlumat verilmişdi ki, döşlərinin cazibədar etmək istəyən 32 yaşlı qadın əməliyyat zamanı ölüb.

29 yaşlı qadın Kabarda-Balkardan gəlib və aprelin 25-də "Medlounge" tibb mərkəzində dünyasını dəyişib.

Əməliyyat zamanı qadının əhvalı dəyişib və ondan atipik hemolitik sindrom meydana gəlib.

Hazırda xəstənin ölümünün səbəbləri araşdırılır.

Xəbər lenti
0