Amerika polisi silahlı oğrunu belə güllələdi - VİDEO

© AFP 2023 / JIM WATSON ABŞ-da polis zabiti, arxiv şəkli
ABŞ-da polis zabiti, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Luisvil polisi aprelin 24-də baş vermiş hadisənin videogörüntülərini yayımlayıb

BAKI, 27 aprel — Sputnik. Amerika polisi silahlı oğrunu güllələyib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Luisvil polisi, aprelin 24-də baş vermiş hadisənin videogörüntülərini yayımlayıb.

Məlumata görə, mağaza işçiləri 911-ə zəng edərək mağazaya silahlı basqın olduğu barədə məlumat veriblər. Hadisə yerinə bir neçə polis dəstəsi göndərilib.

Polislərdən biri küçədə şübhəlinin əlamətlərinə bənzər bir nəfəri görüb. Polis şübhəlini saxlamağa cəhd etsə də, həmin şəxs tabe olmayıb, silah çıxararaq atəş açıb. Cinayətkarı izləyən polis hadisə yerinə kömək çağırıb. Hadisə yerinə gələn polis əməkdaşları onu dayandırmaq üçün 20-yə yaxın atəş açıblar.

Məlum olub ki, şübhəli 21 yaşlı Demoncey Cordandır. Ağır yaralanmış gənc xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.

Yerli polis şöbəsinin əməkdaşının sözlərinə görə, silahdan istifadə edən üç patrul və əməliyyatçı inzibati məzuniyyətə göndərilib, araşdırma aparılır.

 

Xəbər lenti
0