Əsrin cinayıti: Polis 12 nəfəri öldürüb, 51 nəfərə təcavüz edib, 120...

© REUTERS / Fred GreavesKiller Joseph James Deangelo'ya aid evin qabağında dayanan polislər
Killer Joseph James Deangelo'ya aid evin qabağında dayanan polislər - Sputnik Azərbaycan
Abunə olmaq
Prokuror 72 yaşlı cinayətkara ölüm hökmü verilməsini istəyib

BAKI, 27 aprel — Sputnik. ABŞ-ın Kaliforniya ştatında 72 yaşlı Joseph James DeAngelo adlı keçmiş polis əməkdaşı qatil kimi həbs edilib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sacramento şəhərində saxlanılan DeAngelo 1976-1986 illər arasında 12 nəfəri öldürməkdə, 51 nəfərə təcavüz etməkdə, eləcə də 120-dən çox oğurluq hadisəsində şübhəli bilinir.

DeAngelo DNT analizlərinin cavabından sonra saxlanılıb. ABŞ mediası o dövrdə bu cinayətləri törədən, amma tutulmayan cinayətkara "Qızıl ştatdakı qatil" adı vermişdi. Eyni zamanda, bu adamın tutulmasına kömək edən insana 50 min dollar pul veriləcəyi də elan edilmişdi.

Prokuror 72 yaşlı cinayətkara ölüm hökmü verilməsini istəyib.

Xəbər lenti
0