Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğanın ehtiyatlandığı "qəribə ssenari" ortaya çıxdı

1011
(Yenilənib 11:54 26.04.2018)
CHP-nin və ya İYİ partiyanın namizədi ikinci tura qala bilsə, ikisindən biri digəri üçün öz namizədliyindən imtina edərək, öz seçicilərini həmin namizədə səs verməyə səsləyə bilər

BAKI, 26 aprel — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "qəribə ssenari" dediyi məsələ bəlli olub — Türkiyə Konstitusiyasının 101-ci maddəsi. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkə Konstitusiyasının 101-ci maddəsinə görə, seçkinin ikinci turuna qalan müxalif namizəd seçkidən geri çəkilib, başqa bir namizədin önünü aça bilər. Nəticədə, digər bütün partiyalar da həmin namizədi dəstəkləyərək, iqtidarın namizədinə qarşı ciddi təhlükə yarada bilər.

CHP lideri Kamal Kılıçdaroğlu Beştəpədəki prezident iqamətgahında Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanla görüşür
© REUTERS / Kayhan Ozer/Presidential Palace/Handout

Xatırladaq ki, bu günlərdə partiyasının iclasında Rəcəb Tayyib Ərdoğan ortada qəribə bir ssenarinin olduğunu bildirmişdi. O demişdi ki, həftə sonuna qədər bu ssenarinin necə oynanılacağı bəlli olacaq.

Məlumat üçün qeyd edək ki, son referendumla Konstitusiyanın 101-ci maddəsinə əhəmiyyyətli dəyişiklik edilib. Ərdoğanı narahat edən "qəribə ssenari" də bununla bağlıdır. Maddədə qeyd olunur ki, ikinci turda iştirak etməyə haqq qazanan namizədlərdən biri öz namizədliyini özündən az səs toplayan başqa bir namizədin xeyrinə geri çəkə bilər.

İddiaya görə, Ərdoğanla birlikdə CHP-nin və ya İYİ partiyanın namizədi ikinci tura qala bilsə, ikisindən biri digəri üçün öz namizədliyindən imtina edərək, öz seçicilərini həmin namizədə səs verməyə səsləyə bilər. Və bütün digər müxalifət partiyaları həmin namizədi dəstəkləyə bilər.

1011
Teqlər:
101-ci maddə, qəribə ssenari, ikinci tur, Konstitusiya, seçki, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, müxalifət, namizəd, prezident
Əlaqədar
İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatdı
Türkiyənin keçmiş müdafiə naziri öldürüldü
Əliyev və Ərdoğan dünyaya önəmli mesajlar verdilər
Ərdoğan narahatdır: “Ortada ssenari var”
Ərdoğanın başı dərddə: Əsas rəqibi namizəd oldu