Kəndlilər xəzinə tapdı, amma xərcləyə bilməyəcəklər

© Photo : Jeff Tzu-chao Lin / Globallookpress.comXəzinə
Xəzinə - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin tədqiqata görə sürahi, XIV əsrdə Yuan dövrünün sonunda, monqol sülaləsi Çin rəhbərliyində olan zaman basdırılıb

BAKI, 26 aprel — Sputnik. Çinli kəndlilər müalicəvi otların köklərini qazdıqları zaman 400 kiloqramlıq xəzinə tapıblar. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, xəzinə ölkənin şimalındakı Hebei əyalətində Donghuetun kəndində tapılıb.

Qızıl pullar böyük gil sürahidə olub. Ekspertlərin fikrincə, qızılların əksəriyyəti XII-XIII əsrlərdəki Sung xanədanlığına aiddir. Ancaq pullar arasında III əsrdə ölkəni idarə edən Xan sülaləsinin pulları da olub. Arxeoloqlar cəmi 20 müxtəlif növ sikkə saya bilib. Pullar bu günə qədər yaxşı vəziyyətdə saxlanılıb.

İlkin tədqiqata görə, sürahi XIV əsrdə Yuan dövrünün sonunda, monqol əsilli sülalə Çin rəhbərliyində olan zaman basdırılıb.

Xəzinənin inventarlaşdırılmasında iştirak edən mütəxəssislərdən birinin fikrincə, tapıntı bir neçə yüz il əvvəl Çində pulların xüsusiyyətlərini öyrənmək üçün böyük əhəmiyyət kəsb edir.

Xəbər lenti
0