Göydən it düşdü... – VİDEO

© Photo : Youtube / Daily Mailİtin göydən düşməkliyi
İtin göydən düşməkliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Polis hadisənin təfərrüatını öyrənmək üçün itin sahibi ilə danışıb

BAKI, 25 aprel — Sputnik. Göydən düşən it çinli qızı nokaut vəziyyətinə salıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Çin sakini olan qadın başına it düşəndən sonra huşunu itirib və yerə yıxılıb. Bu görüntülərin yer aldığı video sosial şəbəkələrdə paylaşılıb.

Hadisə cənubi Quandun vilayətinin paytaxtı Quandzau şəhərində baş verib. Görüntülərdə iki qadının binanın girişinə yaxınlaşdığı görünür. Onlardan birinin qucağında uşaq olub. Birdən onlardan birinin başına it düşüb və qadın huşunu itirərək yerə yıxılıb. Heyvan dərhal hadisə yerindən qaçıb. Zərərçəkən xəstəxanaya çatdırılıb, ona beyin silkələnməsi və boynun zədələnməsi diaqnozu qoyulub.

Polis hadisənin təfərrüatını öyrənmək üçün itin sahibi ilə danışıb.

Xəbər lenti
0