Ərdoğan ermənilərə başsağlığı verdi...

© Photo : Murat Cetinmuhurdar / Presidential Palace / Handout via REUTERS Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Həyatını itirən Osmanlı ermənilərini bir daha hörmətlə yad edir, uşaqlarına və nəvələrinə başsağlığı verirəm

BAKI, 24 aprel — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda erməni patriarxlığında keçirilən dini mərasimə məktub göndərib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə lideri məktubunda Birinci Dünya Müharibəsində ölən ermənilərin yaxınlarına başsağlığı verib.

Məktubda deyilir:

"Çox dəyərli erməni vətəndaşlarım, sizləri ən dərin duyğularımla, məhəbbətlə salamlayıram.

Birinci Dünya Müharibəsinin çətin və sıxıntılı şərtlərində vəfat edən Osmanlı ermənilərini yad etmək üçün bu gün İstanbul erməni patriarxlığında yığılmısınız. Həyatını itirən Osmanlı ermənilərini bir daha hörmətlə yad edir, uşaqlarına və nəvələrinə başsağlığı verirəm.

Eyni zamanda bu səbəblə epidemiya, köçlər, müharibə və döyüşlər zamanı itirdiyimiz milyonlarla Osmanlı vətəndaşına da Allahdan rəhmət və bağışlanmağı arzu edirəm".

Xəbər lenti
0