Ermənistan rəhbərliyində yeni təyinat

© SputnikErmənistan prezidenti Armen Sarkisyan
Ermənistan prezidenti Armen Sarkisyan - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın baş naziri Serj Sarqsyan bu gün istefa verib

BAKI, 23 aprel — Sputnik. Serj Sarqsyanın istefasından sonra baş nazir vəzifəsinin icrası baş nazirin birinci müavini Karen Karapetyana həvalə edilib. Müvafiq qərar hökumətin iclasında qəbul olunub.

Həmçinin Ermənistan prezidenti Armen Sarkisyan nazirlərin təyinatı ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısının saytında yerləşdirilmiş sərəncamlara əsasən yeni Nazirlər Kabinetində səhiyyə naziri Levon Altunyan, diaspor naziri Qranuş Akopyan, əmək və sosial məsələlər naziri Artyom Asatryan, təbii sərvətlər və energetika infrastrukturu naziri Aşot Manukyan yer alacaq. Onlar əvvəlki postlarında saxlanıblar.

Xatırladaq ki, Ermənistanın baş naziri Serj Sarqsyan bu gün istefa verib.

Daha əvvəl prezidentin sərəncamı ilə xarici işlər naziri postuna Edvard Nalbandyan, müdafiə naziri Vigen Sarkisyan, sərmayələr və iqtisadi inkişaf naziri Suren Karayan, Maliyyə naziri Vardan Aramyan, ərazi idarəetmə və inkişaf naziri David Lokyan, kənd təsərrüfatı naziri İqnati Arakelyan, fövqəladə hallar naziri David Tonoyan, ədliyyə naziri David Arutyunyan və mədəniyət naziri Armen Amiryan təyin olunmuşdu.

Xəbər lenti
0