Virtual pul vahidi bitkoin

Qonşu ölkədə banklara qadağa qoyuldu

34
(Yenilənib 17:37 23.04.2018)
Ölkənin pul mərkəzlərində, maliyyə qurumlarında bitkoin və digər rəqəmsal valyutaların istifadəsi qadağandır

BAKI, 23 aprel — Sputnik. İran Mərkəzi Bankı bankların bitkoin və digər rəqəmsal valyutalardan istifadəsinə qadağa qoyub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə İran Mərkəzi bankının saytında məlumat verilib.

"Ölkənin pul mərkəzlərində, maliyyə qurumlarında bitkoin və digər rəqəmsal valyutaların istifadəsi qadağandır" – məlumatda qeyd edilir.

Qərar 2017-ci ilin sonlarında qəbul edilsə də, dünən axşam saatlarında nəşr olunub və kriptovalyutaların "pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi üçün" istifadə oluna biləcəyi ilə əlaqələndirilib.

34
Teqlər:
kriptovalyuta, bitkoin, qadağa, bank, İran Mərkəzi Bankı, İran
Əlaqədar
Ukrayna polisinin başağrısına çevrilən “Lotu Quli”: Adam oğruluğuna görə bitkoin alır
Bitkoin: gələcəyin valyutası, yoxsa böyük tələ?
Fətva verildi: bitkoin İslamla qadağan edilir
Bitkoin həvəskarlarına bəd xəbər