Ordu müxalifətin tərəfinə keçir, hərbçilər küçələrə axışdılar - Ermənistanda sensasiya

© Sputnik / Asatur YesyanatsПротестующие в военной форме присоединились к шествию студентов (23 апреля 2018). Ереван
Протестующие в военной форме присоединились к шествию студентов (23 апреля 2018). Ереван - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanda Müdafiə Nazirliyinin sülhməramlı briqadası etiraz aksiyasına qoşuldu

BAKI, 23 aprel — Sputnik. Yerevanda keçirilən etiraz aksiyalarına hərbi formalı sülhməramlılar qoşulub. Onlar faktiki olaraq, eks-prezident Serj Sarqsyanın baş nazir seçilməsinə etiraz edən "Mənim addımım" hərəkatına qoşulublar.

Sputnik Ermənistan-ın hadisə yerində olan müxbirinin dediyinə görə, onlar məlum səbəblərdən öz adlarını və xidmət yerlərini açıqlamayıblar. Daha sonra məlum olub ki, mitinqçilərə qoşulanlar Müdafiə Nazirliyinin sülhməramlı briqadasıdır.

Sosial şəbəkələrdə hərbçilərin hərbi hissələrdən qaçaraq mitinqçilərə qoşulduğunu göstərən videolar yayımlanıb. Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Gevorq Altunyan məsələyə şərh verməkdən çəkinib və bildirib ki, tezliklə nazirlik bununla bağlı rəsmi bəyanat verəcək.

Xəbər lenti
0